https://sputnik.az/20220802/turkiyeye-ve-avropaya-elektrik-enerjisi-ixraci-imkanlari-muzakire-edilib--444626310.html
Türkiyəyə və Avropaya elektrik enerjisi ixracı imkanları müzakirə edilib
Türkiyəyə və Avropaya elektrik enerjisi ixracı imkanları müzakirə edilib
Sputnik Azərbaycan
Qardaş ölkədən olan investorların Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətdə həyata keçirilən layihələrdə iştirakı üçün geniş... 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T19:23+0400
2022-08-02T19:23+0400
2022-08-02T19:23+0400
kabel
iqtisadiyyat
sualtı
türkiyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41579/52/415795245_76:0:1038:541_1920x0_80_0_0_32be2e2aecef5dc622f983dfe33739c5.jpg
BAKI, 2 avqust — Sputnik. Energetika nazirinin müavini Elnur Soltanov ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, tərəflər arasında enerji əməkdaşlığı müzakirə edilib.Müzakirələrdə iki ölkə arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydalarına toxunaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP kimi qlobal enerji layihələrindən bəhs edilib.Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsi ilə yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas enerji mənbələrindən biri kimi mühüm rol oynadığı qeyd olunub.Bundan başqa, regionda artan qaz tələbatı kontekstində əlavə qaz həcmlərinin tədarükü istiqamətində atılan addımlar müzakirə edilib.Eyni zamanda da Türkiyə vasitəsilə elektrik enerjisinin tranziti və ixracı imkanları ilə bağlı da müzakirələr aparılıb. Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixracı imkanlarının öyrənilməsi, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi barədə fikir mübadiləsi aparılıb, regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətdə həyata keçirilən layihələr haqqında məlumat verilib və Türkiyəli investorların bu proseslərdə iştirakı üçün geniş imkanlar olduğu bildirilib.Görüşdə, həmçinin növbəti Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41579/52/415795245_196:0:917:541_1920x0_80_0_0_b70e729881f3446ec3aee83cadd3d90b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kabel, sualtı, türkiyə, azərbaycan
kabel, sualtı, türkiyə, azərbaycan
Türkiyəyə və Avropaya elektrik enerjisi ixracı imkanları müzakirə edilib
Qardaş ölkədən olan investorların Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətdə həyata keçirilən layihələrdə iştirakı üçün geniş imkanlar var.
BAKI, 2 avqust — Sputnik. Energetika nazirinin müavini Elnur Soltanov ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, tərəflər arasında enerji əməkdaşlığı müzakirə edilib.
Müzakirələrdə iki ölkə arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydalarına toxunaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP kimi qlobal enerji layihələrindən bəhs edilib.
Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsi ilə yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas enerji mənbələrindən biri kimi mühüm rol oynadığı qeyd olunub.
Bundan başqa, regionda artan qaz tələbatı kontekstində əlavə qaz həcmlərinin tədarükü istiqamətində atılan addımlar müzakirə edilib.
Eyni zamanda da Türkiyə vasitəsilə elektrik enerjisinin tranziti və ixracı imkanları ilə bağlı da müzakirələr aparılıb. Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixracı imkanlarının öyrənilməsi, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi barədə fikir mübadiləsi aparılıb, regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətdə həyata keçirilən layihələr haqqında məlumat verilib və Türkiyəli investorların bu proseslərdə iştirakı üçün geniş imkanlar olduğu bildirilib.
Görüşdə, həmçinin növbəti Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.