CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədi sistemdə olmayan vəfat edənlərin birdəfəlik ödəmələri necə veriləcək?

Pul - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Nazirlik rəsmisi bildirir ki, Vəfat edən şəxsin xəsarət almasına və ya əlilliyinə dair sənədlər elektron sistemlərdə aşkar olunmazsa, onda dünyasını dəyişmiş şəxsin vaxtilə qulluq etdiyi keçmiş dövlət orqanına müraciət ediləcək.
BAKI, 2 avqust — Sputnik. Vəfat etmiş Birinci Qarabağ müharibəsi əlillərinin vərəsələrinə də birdəfəlik ödəmələr proaktiv qaydada veriləcək.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
H. Məmişov qeyd edib ki, əgər vəfat edən şəxsin xəsarət almasına və ya əlilliyinə dair sənədlər elektron sistemlərdə aşkar olunmazsa, onda dünyasını dəyişmiş şəxsin vaxtilə qulluq etdiyi keçmiş dövlət orqanına müraciət edilməlidir:
“Həmin orqandan sənədlərinin eketron istemə daxil edilməsini tələb etməlidirlər. Bundan sonra həmin şəxslərə proaktiv təyinat aparılması mümkündürsə, yəni əliliyinə dair sənədlər ƏƏSMN-də aşkar olunarsa, onlara bildiriş göndəriləcək ki, müvafiq notariat orqanına müraciət etsinlər. Sənədlər aşkar edilməzsə, lazımi sənədlərlə birgə DOST mərkəzinə və ya DSMF-nin yerli bölmələrinə müraciət edə bilərlər. Müraciət edildikdən sonra şəxsin 20 gün ərzində təyinatı həyata keçiriləcək".
Qeyd edək ki, 11 minədək Birinci Qarabağ müharibəsi əlilinə 67 milyon manata yaxın birdəfəlik ödəmə köçürülüb.
Xəbər lenti
0