https://sputnik.az/20220802/sabiq-icra-bascisi-dovlete-deymis-ziyani-tam-odeyib-444619782.html
Sabiq icra başçısı dövlətə dəymiş ziyanı tam ödəyib
Sabiq icra başçısı dövlətə dəymiş ziyanı tam ödəyib
Sputnik Azərbaycan
Sabiq icra başçısı Ceyhun Cəfərov mənimsədiyi vəsaitə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T17:50+0400
2022-08-02T17:50+0400
2022-08-02T17:58+0400
cəmiyyət
kürdəmir
icra hakimiyyəti
icra başçısı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888316_0:0:3000:1688_1920x0_80_0_0_cd4a984b97c7954a1f3404a71476f947.jpg
BAKI, 2 avqust — Sputnik. Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Ceyhun Cəfərov dövlətə dəymiş ziyanı tam ödəyib.Bu barədə Şirvan Apellyasiya Məhkəməsinin qərarında əks olunub.Belə ki, Ceyhun Cəfərov mənimsədiyi vəsaitə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib.Xatırladaq ki, məhkəmənin bu gün qəbul etdiyi qərara əsasən, Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Kürdəmir Mənzil İstismar Sahəsinin sabiq rəisi Sərvər Məmmədov isə 500 manat cərimə olunaraq azadlığa buraxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888316_333:0:3000:2000_1920x0_80_0_0_aed74ba1c0bd22fc3c93eb2a8f96dba5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kürdəmir, icra hakimiyyəti, icra başçısı
kürdəmir, icra hakimiyyəti, icra başçısı
Sabiq icra başçısı dövlətə dəymiş ziyanı tam ödəyib
17:50 02.08.2022 (Yenilənib: 17:58 02.08.2022) Sabiq icra başçısı Ceyhun Cəfərov mənimsədiyi vəsaitə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib
BAKI, 2 avqust — Sputnik. Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Ceyhun Cəfərov dövlətə dəymiş ziyanı tam ödəyib.
Bu barədə Şirvan Apellyasiya Məhkəməsinin qərarında əks olunub.
Belə ki, Ceyhun Cəfərov mənimsədiyi vəsaitə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib.
Xatırladaq ki, məhkəmənin bu gün qəbul etdiyi qərara əsasən, Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Kürdəmir Mənzil İstismar Sahəsinin sabiq rəisi Sərvər Məmmədov isə 500 manat cərimə olunaraq azadlığa buraxılıb.