Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qaradağ Günəş Elektrik Stansiyasının inşası ilə bağlı kredit sazişi imzalanıb

© AFP 2024 / OZAN KOSEDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Asiya İnkişaf Bankı (ADB) və "Masdar Azerbaijan Energy" MMC (MAE) arasında imzalanan saizişin dəyəri 21.4 milyon ABŞ dollarıdır.
BAKI, 2 avqust — Sputnik. Asiya İnkişaf Bankı (ADB) və "Masdar Azerbaijan Energy" MMC (MAE) arasında Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün 21,4 milyon ABŞ dolları məbləğində kreditin ayrılması ilə bağlı saziş imzalanıb.
Bu, beynəlxalq maliyyə institutları tərəfindən uzunmüddətli beynəlxalq maliyyələşdirməsi ilə Azərbaycan tarixində ilk əhəmiyyətli özəl sektorun bərpa olunan enerji investisiyasıdır.
"Report" xəbər verir ki, bu barədə ADB məlumat yayıb.
Ötən ilin aprelində "Masdar" şirkəti Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən "Qaradağ" layihəsinin işlənməsi ilə bağlı müqavilələr imzalayıb və elektrik stansiyasının 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir.
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Abu Dabi İnkişaf Fondu ilə birgə maliyyələşdirilir.
"Azərbaycanda bu günəş enerjisi layihəsinin inkişafı ölkənin yaşıl inkişaf səyahətində irəliyə doğru əsas addım olacaq", - ADB-nin Özəl Sektor üzrə Əməliyyatlar Departamentinin Cənubi Asiya, Mərkəzi Asiya və Qərbi Asiya üçün İnfrastruktur Maliyyələşdirməsi Departamentinin direktoru Şantanu Çakraborti deyib.
"GES Azərbaycanda bərpa olunan enerji sektoruna əlavə özəl sektor investisiyalarını stimullaşdıracaq və hökumətin 2030-cu ilə qədər ümumi istehsalda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaqla bağlı hədəfinə çatmasına kömək edəcək.
"Masdar" bu "yaşıl enerji" layihəsi vasitəsilə Azərbaycanın enerji sektorunun transformasiyasında aparıcı rol oynayıb. Biz ADB ə digər maliyyə institutlarına maliyyələşdirilmədə əsas rol oynadıqları üçün təşəkkür edirik", - "Masdar"ın İnkişaf və İnvestisiya üzrə Qrup Rəhbəri Məryəm Rəşid Əl Mazrui bildirib.
Azərbaycan elektrik enerjisinin böyük hissəsini qazla təmin etdiyinə görə, böyük həcmdə ənənəvi yanacaqdan aslıdır.
Yeni günəş elektrik stansiyası istismara veriliyi ilk ildən etibarən illik 558 giqavat/saata qədər təmiz enerji istehsal edəcək və illik 265 000 tona qədər karbon emissiyasının qarşısını alacaq.
MAE enerji hasilatını 23 illik enerji alqı-satqısı müqaviləsi çərçivəsində "Azərenerji" ASC-yə verəcək.
"Masdar" kommunal miqyaslı, şəbəkə ilə əlaqəli layihələr, elektrik şəbəkəsindən uzaq icmalara enerji çıxışını təmin edən kiçik miqyaslı proqramlar və dünya üzrə karbon qazının azaldılması layihələri işləyib hazırlayıb.
"Masdar" və ADB əvvəllər regionda əlamətdar bərpa olunan layihələr üzrə də əməkdaşlıq ediblər.
ADB 1966-cı ildə yaradılıb. Onun 49-u regiondan olan 68 üzvü var
Xəbər lenti
0