DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nensi Pelosi Tayvana gəlib - Rəsmi Pekin kəskin etirazını bildirib

© AP Photo / J. Scott ApplewhiteNensi Pelosi, arxiv şəkli
Nensi Pelosi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Hazırkı səfər ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinin 1997-ci ildən bəri ilk səfəridir.
BAKI, 2 avqust - Sputnik. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana gəldikdən sonra Taypeydəki Sonqhan Hərbi Hava Qüvvələri bazasında təyyarədən düşüb və yerli rəsmilər tərəfindən qarşılanıb. Bu barədə CTI TV canlı yayımda xəbər verib.
Pelosi çəhrayı kostyum, üzündə qoruyucu tibbi maska ​​və boynunda böyük ağ mirvarilərdən hazırlanmış boyunbağı taxıb.
Telekanalının yaydığı kadrlardan görünür ki, amerikalı siyasətçi onunla görüşən nümayəndə heyəti ilə xatirə şəkli çəkdirib, sonra o, terminal binasına gedib.
Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinin 1997-ci ildən bəri ilk səfəridir.
Rəsmi Pekin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə kəskin etirazını bildirib. Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu səfər “bir Çin” prinsipini və üç Çin-ABŞ kommünikesinin müddəalarını pozur.
Pekin Vaşinqtonu ölkənin daxili işlərinə qarışmağı və “Tayvan kartı” oynamağı dayandırmağa çağırıb. Göyərtəsində Pelosinin olduğu ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi reysi təxminən saat 18:44-də (Bakı vaxtı ilə) Taypeydəki Sonşan aviabazasına enib və onu yerli hakimiyyət nümayəndələri qarşılayıblar.
Çin Tayvanı özünün əyaləti hesab edir və onun nümayəndələri ilə Pekinin diplomatik əlaqələr qurduğu ölkələrin hakimiyyət orqanları arasında istənilən əlaqəyə qarşıdır.
Çin ordusunun cümə axşamından bazar gününə kimi Tayvan ətrafındakı 6 bölgədə hərbi təlimlər keçirəcəyi bildirilir.
"Çin Xalq Azadlıq Ordusu cümə axşamından bazar gününə kimi Tayvan adasını əhatə edən altı bölgədə canlı atəş təlimləri də daxil olmaqla əhəmiyyətli hərbi təlimlər və təlim fəaliyyətləri keçirəcək", - deyə “Global Times”ın tvitter səhifəsində qeyd olunub.
Xəbər lenti
0