CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minalarla bağlı hadisələrdə həlak olanların 82%-i mülki şəxslərdir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Baş Prokurorluq minalarla bağlı hadisələrdə həlak olanların sayını açıqlayıb.
BAKI, 2 avqust — Sputnik. 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub.
Qeyd edilib ki, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, bu gün Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəbər lenti
0