https://sputnik.az/20220802/menzil-almaq-isteyenlere-sad-xeber---ki-yuzden-artiq-menzil-satisa-cixarildi-444608120.html
Mənzil almaq istəyənlərə şad xəbər - İki yüzdən artıq mənzil satışa çıxarıldı
Mənzil almaq istəyənlərə şad xəbər - İki yüzdən artıq mənzil satışa çıxarıldı
Sputnik Azərbaycan
Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə... 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T13:58+0400
2022-08-02T13:58+0400
2022-08-02T13:58+0400
ipoteka
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427464935_0:0:3641:2048_1920x0_80_0_0_9219b62fdc2b21753677cb76d0683cba.jpg
BAKI, 2 avqust — Sputnik. İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib.Bu barədə fondda verilən məlumatda bildirilib.Qeyd olunub ki, 216 mənzildən 44-ü Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi ərazisində təklif olunur ki, bunlar da 2 və 3 otaqlı mənzillərdir.Qeyd edək ki, bu kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır.Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.Yeni mənzillər elektron sistem üzərindən seçim üçün 8 avqust 2022-ci ildən açıq olacaq. Vətəndaşlar yeni yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.Xatırladaq ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyədək bu mexanimzdən 1847 ailə faydalanıb.Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), "1549" Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427464935_454:0:3185:2048_1920x0_80_0_0_b8990ad8b522d0aa8dc51e6bd5bde28e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ipoteka
Mənzil almaq istəyənlərə şad xəbər - İki yüzdən artıq mənzil satışa çıxarıldı
Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə təmirli mənzillər satışa çıxarıldı.
BAKI, 2 avqust — Sputnik. İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib.
Bu barədə fondda verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 216 mənzildən 44-ü Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi ərazisində təklif olunur ki, bunlar da 2 və 3 otaqlı mənzillərdir.
Qeyd edək ki, bu kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır.
Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.
Yeni mənzillər elektron sistem üzərindən seçim üçün 8 avqust 2022-ci ildən açıq olacaq. Vətəndaşlar yeni yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Xatırladaq ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyədək bu mexanimzdən 1847 ailə faydalanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), "1549" Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.