DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müxalifəti kütləvi surətdə mandatdan imtina üçün imza toplayır

© Mark Wilson / Getty Images / AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Bildirilib ki, təkcə "Ermənistan" fraksiyasının hazırda parlamentdə təmsil olunan deputatları deyil, eyni zamanda, həmin yerlərə potensial namizədlər də mandatdan imtina edirlər.
BAKI, 2 avqust — Sputnik. Ermənistan parlamentində təmsil olunan "Ermənistan" fraksiyası deputat mandatından imtina etmək qərarı verib.
Bu barədə "Joxovurd" məlumat yayıb.
Bildirilib ki, təkcə "Ermənistan" fraksiyasının hazırda parlamentdə təmsil olunan deputatları deyil, eyni zamanda, həmin yerlərə potensial namizədlər də mandatdan imtina edirlər.
Məlumata görə, hazırda bu istiqamətdə imza toplanma kampaniyası aparılır.
Hələ ki, bu ideyanı "Daşnaksütyun" fraksiyasının nümayəndəsi yekdilliklə dəstəkləyib.
Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim "Vətəndaş müqaviləsi" fraksiyasının təmsilçisidir. Müxalifətdən olan "Ermənistan" fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır.
Xəbər lenti
0