https://sputnik.az/20220802/azerbaycan-ve-turkiye-kinematoqrafcilari-bir-araya-gelibler-444616663.html
Azərbaycan və Türkiyə kinematoqrafçıları bir araya gəliblər
Azərbaycan və Türkiyə kinematoqrafçıları bir araya gəliblər
Sputnik Azərbaycan
"Qarabağ Vətən müharibəsi" çoxseriyalı filminin çəkilişi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Serial Türkiyənin tanınmış "Bozdağ film" studiyası ilə birgə... 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T20:48+0400
2022-08-02T20:48+0400
2022-08-02T21:13+0400
azərbaycan
türkiyə
qarabağ
video
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444627013_1:0:1919:1079_1920x0_80_0_0_f7990c0f7de9314b3127a4e643d7dbc0.jpg
BAKI, 2 avqust — Sputnik. Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər. Serial Türkiyənin tanınmış "Bozdağ film" studiyası ilə birgə çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, əsas məqsəd, tarixi qələbəmizi əks etdirməkdir. Nazirliyin rəsmisi əlavə etdi ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq: Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub.Qeyd edək ki, "Bozdağ film" Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ "Diriliş Ertuğrul" ve "Kuruluş Osman" seriallarının rejissorudur.Hazırda "Bozdağ film" təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444627013_240:0:1679:1079_1920x0_80_0_0_39812e7ed00210a60d4aa5e5166a74d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, türkiyə, qarabağ, видео
azərbaycan, türkiyə, qarabağ, видео
Azərbaycan və Türkiyə kinematoqrafçıları bir araya gəliblər
20:48 02.08.2022 (Yenilənib: 21:13 02.08.2022) "Qarabağ Vətən müharibəsi" çoxseriyalı filminin çəkilişi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Serial Türkiyənin tanınmış "Bozdağ film" studiyası ilə birgə çəkiləcək.
BAKI, 2 avqust — Sputnik. Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər.
Serial Türkiyənin tanınmış "Bozdağ film" studiyası ilə birgə çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, əsas məqsəd, tarixi qələbəmizi əks etdirməkdir. Nazirliyin rəsmisi əlavə etdi ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq:
"Serial tərəfdaşını seçdikdə onun keçmiş naliyyətlərini nəzərə almışıq. Bu, çox məşhur Türkiyə istehsalçısıdır. Əməkdaşlıq davam edir. Çox mürəkkəb proses olsa da düşünürük ki, ilin axırına qədər konkret nəticələr əldə edəcəyik. Çəkilişlər müxtəlif məkanlarda olacaq. Əsasən Azərbaycanda həyata keçəcək. Bu filmi həm də Azərbaycan və Türkiyə birgə əməkdaşlığının simvolu kimi görürük".
Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub.
Qeyd edək ki, "Bozdağ film" Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ "Diriliş Ertuğrul" ve "Kuruluş Osman" seriallarının rejissorudur.
Hazırda "Bozdağ film" təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir.