https://sputnik.az/20220801/sehiyye-nazirliyinden-meymunciceyinin-inkubasiya-dovru-ile-bagli-aciqlama-444582732.html
Səhiyyə Nazirliyindən meymunçiçəyinin inkubasiya dövrü ilə bağlı açıqlama
Səhiyyə Nazirliyindən meymunçiçəyinin inkubasiya dövrü ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Meymunçiçəyinin klinik şəkili təbii çiçəklə (ortopoksviruslara aid olan və tamamilə ləğv olunmuş) yoluxmanın təzahürlərini xatırladır. 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T18:03+0400
2022-08-01T18:03+0400
2022-08-01T18:03+0400
səhiyyə nazirliyi
səhiyyə
meymunçiçəyi
https://cdnn1.img.sputnik.az/img/41496/64/414966453_0:218:2049:1370_1920x0_80_0_0_0615501dd206f775dfe19a64552e3d38.jpg
BAKI, 1 avqust — Sputnik. Meymunçiçəyinə yoluxma zamanı inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər.Bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyb.O bildirib ki, yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik) ola bilə: "Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır. Meymunçiçəyinin klinik şəkili təbii çiçəklə (ortopoksviruslara aid olan və tamamilə ləğv olunmuş) yoluxmanın təzahürlərini xatırladır. Təbii çiçək yüksək yoluxuculuğu və yüksək ölüm faizi ilə (hadisələrin 30 faizi) fərqlənir. Təbii çiçəyə son təbii yoluxma 1977-ci ildə baş verib.1980-cı ildə isə vaksinasiya üzrə qlobal kampaniya aparıldıqdan sonra təbii çiçək tamamilə ləğv olunub. İnək çiçəyi virusu əsasında hazırlanmış təbii çiçək vaksini ilə peyvəndləmə bütün ölkələrdə 40 il bundan əvvəl dayandırılıb. Təbii çiçək virusuna yoluxmanın qarşısının alınması məqsədilə qlobal səviyyədə yeni vaksinlər, diaqnostika üsulları və virus əleyhinə preparatlar işlənib hazırlanır. Bütün bu hazırlıq işləri sayəsində meymunçiçəyi virusunun nəzarəti və profilaktikası üçün faydalı ola bilər".Meymunçiçəyinin ilkin əlamətlərindən danışan direktor müavini qeyd edib ki, dəridə səpgilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır: "Səpgilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpgilər əmələ gəlir".R.İsmayılova meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmadığını bildirib: "Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Şübhəli hallar qeydə alınan təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur. Vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edərdim. Eyni zamanda, ictimai yerlərdə dezinfeksiyaedici məhlullarından istifadə önəmlidir. Ümid edirik ki, bütün bu qaydalara riayət etməklə biz virusun ölkəmizdə yayılmasının qarşısını alacağıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41496/64/414966453_104:0:1931:1370_1920x0_80_0_0_940491854649090f6f9b5f7c2a1eb07d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səhiyyə nazirliyi, meymunçiçəyi
səhiyyə nazirliyi, meymunçiçəyi
Səhiyyə Nazirliyindən meymunçiçəyinin inkubasiya dövrü ilə bağlı açıqlama
Meymunçiçəyinin klinik şəkili təbii çiçəklə (ortopoksviruslara aid olan və tamamilə ləğv olunmuş) yoluxmanın təzahürlərini xatırladır.
BAKI, 1 avqust — Sputnik. Meymunçiçəyinə yoluxma zamanı inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər.
Bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyb.
O bildirib ki, yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik) ola bilə: "Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır. Meymunçiçəyinin klinik şəkili təbii çiçəklə (ortopoksviruslara aid olan və tamamilə ləğv olunmuş) yoluxmanın təzahürlərini xatırladır. Təbii çiçək yüksək yoluxuculuğu və yüksək ölüm faizi ilə (hadisələrin 30 faizi) fərqlənir. Təbii çiçəyə son təbii yoluxma 1977-ci ildə baş verib.1980-cı ildə isə vaksinasiya üzrə qlobal kampaniya aparıldıqdan sonra təbii çiçək tamamilə ləğv olunub. İnək çiçəyi virusu əsasında hazırlanmış təbii çiçək vaksini ilə peyvəndləmə bütün ölkələrdə 40 il bundan əvvəl dayandırılıb. Təbii çiçək virusuna yoluxmanın qarşısının alınması məqsədilə qlobal səviyyədə yeni vaksinlər, diaqnostika üsulları və virus əleyhinə preparatlar işlənib hazırlanır. Bütün bu hazırlıq işləri sayəsində meymunçiçəyi virusunun nəzarəti və profilaktikası üçün faydalı ola bilər".
Meymunçiçəyinin ilkin əlamətlərindən danışan direktor müavini qeyd edib ki, dəridə səpgilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır: "Səpgilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpgilər əmələ gəlir".
R.İsmayılova meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmadığını bildirib: "Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Şübhəli hallar qeydə alınan təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur. Vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edərdim. Eyni zamanda, ictimai yerlərdə dezinfeksiyaedici məhlullarından istifadə önəmlidir. Ümid edirik ki, bütün bu qaydalara riayət etməklə biz virusun ölkəmizdə yayılmasının qarşısını alacağıq".