https://sputnik.az/20220801/sabahdan-bagcalara-ise-qebul-musabiqesi-baslayir-444589875.html
Sabahdan bağçalara işə qəbul müsabiqəsi başlayır
Sabahdan bağçalara işə qəbul müsabiqəsi başlayır
Sputnik Azərbaycan
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T19:41+0400
2022-08-01T19:41+0400
2022-08-01T19:41+0400
təhsil
uşaq bağçaları
uşaq bağçası
işə qəbul
təhsil nazirliyinin insan resursları şöbəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427781654_0:100:3072:1828_1920x0_80_0_0_2d6ac61cb90b2d7b5580d8949e27c7bb.jpg
BAKI, 1 avqust - Sputnik. 2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start veriləcək.Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərini əhatə edəcək.Bildiririk ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qeyd edək ki, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq.Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin hər iki - test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.Müsabiqənin müsahibə mərhələsi haqqında yaxın günlərdə ətraflı məlumat paylaşılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427781654_182:0:2913:2048_1920x0_80_0_0_10787d766b12bcf2ad73d89afb2167c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq bağçaları, uşaq bağçası, işə qəbul, təhsil nazirliyinin insan resursları şöbəsi
uşaq bağçaları, uşaq bağçası, işə qəbul, təhsil nazirliyinin insan resursları şöbəsi
Sabahdan bağçalara işə qəbul müsabiqəsi başlayır
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır
BAKI, 1 avqust - Sputnik. 2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start veriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərini əhatə edəcək.
Bildiririk ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qeyd edək ki, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq.
Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin hər iki - test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Müsabiqənin müsahibə mərhələsi haqqında yaxın günlərdə ətraflı məlumat paylaşılacaq.