https://sputnik.az/20220801/pese-mekteblerinde-yeilik-hibrid-avtomobillerle-bagli-bilikler-oyredilecek-444575256.html
Peşə məktəblərində yenilik, hibrid avtomobillərlə bağlı biliklər öyrədiləcək
Peşə məktəblərində yenilik, hibrid avtomobillərlə bağlı biliklər öyrədiləcək
Sputnik Azərbaycan
Türkiyə ilə əməkdaşlıq genişlənir, yeni məktəblərin qurulması və idarə olunmasında türkiyəli müəllimlər iştirak edəcək. 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T13:25+0400
2022-08-01T13:25+0400
2022-08-01T15:03+0400
təhsil
peşə təhsili
hibrid avtomobil
dövlət
agentlik
https://cdnn1.img.sputnik.az/img/42271/51/422715169_0:0:3077:1731_1920x0_80_0_0_c4c4c5ae8a2b562958b56d6aeb790535.jpg
BAKI, 1 avqust — Sputnik. Cari ildə peşə məktəblərində hibrid avtomobillərlə bağlı bilik və bacarıqlar öyrədiləcək. Bu gün hibrid avtomobillərə tələbat artmaqdadır və ölkəmizdə kifayət qədər hibrid avtomobillər mövcuddur.Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.Türkiyə ilə əməkdaşlıq davam edirC.Kərəmov Türkiyə ilə Azərbaycan arasında peşə təhsili istiqamətində əməkdaşlıq üçün imzalanan sazişdən söz açıb, bildirib ki, Bakı və Qəbələdəki peşə təhsili müəssisəsində 6 ixtisas üzrə əməkdaşlıq nəzərdə tutulub:O qeyd edib ki, bu müəssisələrin tədris proqramında Türkiyə təcrübəsi nəzərə alınacaq:“Eyni zamanda məktəblərin qurulması və idarə olunmasında türkiyəli müəllimlər iştirak edəcək. Qəbul 2023-2024-cü tədris ilində aparılacaq və Azərbaycan və Türkiyə vətəndaşlarına açıq olacaq"."Bakıdakı peşə təhsili üçün yeni tədris binası tikilir, növbəti ilə qədər yeni emalatxananın tikilməsi planlaşdırılır. Qəbələdə isə infrastruktur yenilikləri aparılır. Müəssisələrin maddi-texniki baza təminatını Türkiyə, binaların tikilməsi xərclərini Azərbaycan hökuməti üzərinə götürüb", - deyə o qeyd edib.Azərbaycanda yeni peşə təhsil mərkəzləri istifadəyə veriləcək.C.Kərəmov deyir ki, hazırda Sumqayıtda yeni peşə təhsili mərkəzinin layihələndirilməsi aparılır. Burada əsasən sənaye və İT yönümlü peşə təhsili mərkəzinin yaradılması nəzərdə tutulur.O bildirib ki, Füzuli şəhərində də müasir peşə təhsili mərkəzi tikiləcək: "Eyni zamanda Lənkəranda da yeni peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulur. Gələcəkdə digər rayonlarda da peşə təhsil mərkəzləri tikiləcək".Bu il peşə təhsili müəssisələri ilə bağlı daha bir yenilikC.Kərəmov vuğulayıb ki, cari ildə ilk dəfə olaraq peşə təhsil müəssisələrinə axşam qrupları üzrə də qəbul aparılacaq: "Belə bir yeniliyin olmasının əsas səbəbi ondan ibarətdir ki, işləyən insanlar da peşə təhsili ala bilsinlər. Bunu nəzərə alaraq axşam qrupları üzrə də qəbul aparılacaq və bu məqsədlə 920 yer nəzərdə tutulur”.Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verilir. 1 avqust tarixindən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsili ilə bağlı da hədəflər müəyyən edilib. 2026-cı ilin sonuna qədər peşə təhsilinə qəbul sayının 11 minə qədər artacağı gözlənilir.Hədəflərdən biri mövcud ixtisaslarla yanaşı, əmək bazarına uyğun olaraq yeni ixtisasların da yaradılmasıdır.
https://sputnik.az/20220722/azerbaycana-kohne-avtomobillerin-getirilmesi-ve-istifadesi-mehdudlasdirilacaq-444276855.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42271/51/422715169_338:0:3067:2047_1920x0_80_0_0_8e4844e1608fa89640d5c12a042d2eea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peşə təhsili, hibrid avtomobil, dövlət, agentlik
peşə təhsili, hibrid avtomobil, dövlət, agentlik
Peşə məktəblərində yenilik, hibrid avtomobillərlə bağlı biliklər öyrədiləcək
13:25 01.08.2022 (Yenilənib: 15:03 01.08.2022) Türkiyə ilə əməkdaşlıq genişlənir, yeni məktəblərin qurulması və idarə olunmasında türkiyəli müəllimlər iştirak edəcək.
BAKI, 1 avqust — Sputnik. Cari ildə peşə məktəblərində hibrid avtomobillərlə bağlı bilik və bacarıqlar öyrədiləcək. Bu gün hibrid avtomobillərə tələbat artmaqdadır və ölkəmizdə kifayət qədər hibrid avtomobillər mövcuddur.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.
Türkiyə ilə əməkdaşlıq davam edir
C.Kərəmov Türkiyə ilə Azərbaycan arasında peşə təhsili istiqamətində əməkdaşlıq üçün imzalanan sazişdən söz açıb, bildirib ki, Bakı və Qəbələdəki peşə təhsili müəssisəsində 6 ixtisas üzrə əməkdaşlıq nəzərdə tutulub:
"Əməkdaşlıq Qəbələdə turizm və xidmət sahələri, Bakıdakı təhsil müəssisəsində isə tekstil və İT üzrə olacaq".
O qeyd edib ki, bu müəssisələrin tədris proqramında Türkiyə təcrübəsi nəzərə alınacaq:
“Eyni zamanda məktəblərin qurulması və idarə olunmasında türkiyəli müəllimlər iştirak edəcək. Qəbul 2023-2024-cü tədris ilində aparılacaq və Azərbaycan və Türkiyə vətəndaşlarına açıq olacaq".
"Bakıdakı peşə təhsili üçün yeni tədris binası tikilir, növbəti ilə qədər yeni emalatxananın tikilməsi planlaşdırılır. Qəbələdə isə infrastruktur yenilikləri aparılır. Müəssisələrin maddi-texniki baza təminatını Türkiyə, binaların tikilməsi xərclərini Azərbaycan hökuməti üzərinə götürüb", - deyə o qeyd edib.
Azərbaycanda yeni peşə təhsil mərkəzləri istifadəyə veriləcək.
C.Kərəmov deyir ki, hazırda Sumqayıtda yeni peşə təhsili mərkəzinin layihələndirilməsi aparılır. Burada əsasən sənaye və İT yönümlü peşə təhsili mərkəzinin yaradılması nəzərdə tutulur.
O bildirib ki, Füzuli şəhərində də müasir peşə təhsili mərkəzi tikiləcək: "Eyni zamanda Lənkəranda da yeni peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulur. Gələcəkdə digər rayonlarda da peşə təhsil mərkəzləri tikiləcək".
Bu il peşə təhsili müəssisələri ilə bağlı daha bir yenilik
C.Kərəmov vuğulayıb ki, cari ildə ilk dəfə olaraq peşə təhsil müəssisələrinə axşam qrupları üzrə də qəbul aparılacaq: "Belə bir yeniliyin olmasının əsas səbəbi ondan ibarətdir ki, işləyən insanlar da peşə təhsili ala bilsinlər. Bunu nəzərə alaraq axşam qrupları üzrə də qəbul aparılacaq və bu məqsədlə 920 yer nəzərdə tutulur”.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verilir. 1 avqust tarixindən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsili ilə bağlı da hədəflər müəyyən edilib. 2026-cı ilin sonuna qədər peşə təhsilinə qəbul sayının 11 minə qədər artacağı gözlənilir.
Hədəflərdən biri mövcud ixtisaslarla yanaşı, əmək bazarına uyğun olaraq yeni ixtisasların da yaradılmasıdır.