NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - SƏBƏBLƏR

© AP Photo / Eric GayNeft
Neft  - Sputnik Azərbaycan, 1920, 01.08.2022
Abunə olmaq
Neft bazarında bütün diqqətlər OPEC+un keçiriləcək toplantısına yönəlib.
BAKI, 1 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 1,07 dollar azalaraq 102,9 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,38 dollar ucuzlaşaraq 97,24 dollar olub.
"Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti iyul ayında 117,01 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin iyul ayının eyni göstəricisi ilə müqayisədə 42,23 dollar və ya 56,5% çoxdur. Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 8,37 dollar (6,7%) azalıb.
Neft bazarında bütün diqqətlər OPEC+un keçiriləcək toplantısına yönəlib. Digər tərəfdən, Çinin iqtisadi göstəricilərinin aşağı düşməsi neft qiymətlərinə təsir göstərib. Nəticədə tələbin aşağı düşəcəyi narahatlığı ilə qiymətlər ucuzlaşıb.
Avqustun 3-də OPEC+un neft hasilatının cari vəziyyətdə saxlanılmasını və ya artırılmasını müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Xəbər lenti
0