https://sputnik.az/20220801/haqqinda-cox-danisilan-milli-yaylaq-festivali-444587565.html
Haqqında çox danışılan Milli Yaylaq Festivalı
Haqqında çox danışılan Milli Yaylaq Festivalı
Sputnik Azərbaycan
Üç gün davam edən festivalda "Cıdır meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər... 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T18:58+0400
2022-08-01T18:58+0400
2022-08-01T18:58+0400
"şah yaylaq"
video
festival
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1e/444536345_0:182:2000:1307_1920x0_80_0_0_6b24e2d1f1e2a2d53c1aff29b07b6486.jpg
29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı baş tutdu. İkinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib. Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində "Cıdır meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" kimi tematik guşələr fəaliyyət göstərib.Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev II Milli Yaylaq Festivalı ilə bağlı verdiyi açılamada bildirilib ki, sözügedən festivalda 120 mindən artıq tamaşaçı iştirak edib. O qeyd edib ki, tədbir olduqca geniş kompleksli olub: "Nəzərə almaq lazımdır ki, çox geniş kompleksli bir tədbir idi. Həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə proqramda dəyişikliklər oldu. Amma istənilən halda, Azərbaycanda çox nadir tədbirlərdən biri keçirildi".QAeyd edək ki, festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1e/444536345_8:0:1992:1488_1920x0_80_0_0_5536a0d841e7fd7980ffffa8b9443669.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"şah yaylaq", festival
Haqqında çox danışılan Milli Yaylaq Festivalı
Üç gün davam edən festivalda "Cıdır meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" kimi tematik guşələr fəaliyyət göstərib
29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı baş tutdu. İkinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib. Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində "Cıdır meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" kimi tematik guşələr fəaliyyət göstərib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev II Milli Yaylaq Festivalı ilə bağlı verdiyi açılamada bildirilib ki, sözügedən festivalda 120 mindən artıq tamaşaçı iştirak edib. O qeyd edib ki, tədbir olduqca geniş kompleksli olub: "Nəzərə almaq lazımdır ki, çox geniş kompleksli bir tədbir idi. Həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə proqramda dəyişikliklər oldu. Amma istənilən halda, Azərbaycanda çox nadir tədbirlərdən biri keçirildi".
QAeyd edək ki, festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşayıblar.