https://sputnik.az/20220801/global-times-pelosinin-teyyaresi-nasazliq-behanesi-ile-tayvana-ene-biler-444574034.html
"Global Times": Pelosinin təyyarəsi nasazlıq bəhanəsi ilə Tayvana enə bilər
"Global Times": Pelosinin təyyarəsi nasazlıq bəhanəsi ilə Tayvana enə bilər
Sputnik Azərbaycan
KİV-in məlumatına görə, bununla bağlı Çin hərbi patrulları, radarları, eləcə də təlimlərdə iştirak edən qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı... 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T11:16+0400
2022-08-01T11:16+0400
2022-08-01T11:54+0400
dünya xəbərləri
abş
konqress
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444280728_0:0:3071:1728_1920x0_80_0_0_dfa8ea792a6efca8047dfc6d864dc770.jpg
BAKI, 1 avqust — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə texniki nasazlıq və ya yanacaq doldurma ehtiyacı bəhanəsi ilə Tayvana enə bilər. Bu barədə "Global Times" məlumat yayıb.KİV-in məlumatına görə, bununla bağlı Çin hərbi patrulları, radarları, eləcə də təlimlərdə iştirak edən qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.Nəşr onu da yazır ki, əgər Pelosi təyyarəsində həqiqətən problemlər varsa, o zaman Çin ordusu müdafiəni təmin edə və onun Cənubi Çin dənizindəki Haynan əyalətinin Sanşa hava limanına və ya Çindəki digər hava limanlarına enməsinə icazə verə bilər.Çinin Renmin Universitetinin professoru Dyao Damin deyib ki, Tayvanın Pelosinin rəsmi səyahət proqramında olmaması göstərir ki, o, Çinə birbaşa və açıq şəkildə meydan oxumağa cəsarət etmir. Bununla belə, o, Tayvanı ziyarət etmək cəhdlərini istisna etmir.Çin daha əvvəl Pelosinin Tayvana səfər edəcəyi təqdirdə qətiyyətli addım atacağı ilə hədələyib. Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi səfərini ləğv etməsə, Çin ordusunun bunun qarşısını almaq üçün addımlar atacağını bildirmişdi.Bundan sonra 90 təyyarə və helikopterlə silahlanmış ABŞ-ın Ronald Reyqan nüvə təyyarədaşıyıcısının hücum qrupu Cənubi Çin dənizinə daxil olub. Çin isə Tsyunçjou boğazının qərbində Quandun sahillərində iki günlük təlimlərə başlayıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444280728_274:0:3005:2048_1920x0_80_0_0_7ce202c43299beb76749b21359fa6e58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, konqress, çin
"Global Times": Pelosinin təyyarəsi nasazlıq bəhanəsi ilə Tayvana enə bilər
11:16 01.08.2022 (Yenilənib: 11:54 01.08.2022) KİV-in məlumatına görə, bununla bağlı Çin hərbi patrulları, radarları, eləcə də təlimlərdə iştirak edən qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.
BAKI, 1 avqust — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə texniki nasazlıq və ya yanacaq doldurma ehtiyacı bəhanəsi ilə Tayvana enə bilər. Bu barədə "Global Times" məlumat yayıb.
KİV-in məlumatına görə, bununla bağlı Çin hərbi patrulları, radarları, eləcə də təlimlərdə iştirak edən qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.
Nəşr onu da yazır ki, əgər Pelosi təyyarəsində həqiqətən problemlər varsa, o zaman Çin ordusu müdafiəni təmin edə və onun Cənubi Çin dənizindəki Haynan əyalətinin Sanşa hava limanına və ya Çindəki digər hava limanlarına enməsinə icazə verə bilər.
Çinin Renmin Universitetinin professoru Dyao Damin deyib ki, Tayvanın Pelosinin rəsmi səyahət proqramında olmaması göstərir ki, o, Çinə birbaşa və açıq şəkildə meydan oxumağa cəsarət etmir. Bununla belə, o, Tayvanı ziyarət etmək cəhdlərini istisna etmir.
Çin daha əvvəl Pelosinin Tayvana səfər edəcəyi təqdirdə qətiyyətli addım atacağı ilə hədələyib. Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi səfərini ləğv etməsə, Çin ordusunun bunun qarşısını almaq üçün addımlar atacağını bildirmişdi.
Bundan sonra 90 təyyarə və helikopterlə silahlanmış ABŞ-ın Ronald Reyqan nüvə təyyarədaşıyıcısının hücum qrupu Cənubi Çin dənizinə daxil olub. Çin isə Tsyunçjou boğazının qərbində Quandun sahillərində iki günlük təlimlərə başlayıb.