https://sputnik.az/20220801/bayramov-ucterefli-beyanatdan-ireli-glen-ohdeliklere-tam-icra-edilmelidir-444593764.html
Bayramov: Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər tam icra edilməlidir
Bayramov: Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər tam icra edilməlidir
Sputnik Azərbaycan
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinə erməni silahlılarının Azərbaycandan tam çıxarılmadığını bildirib 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T22:18+0400
2022-08-01T22:18+0400
2022-08-01T22:19+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
abş
azərbaycan
üçtərəfli bəyanat
erməni silahlı birləşmələri
erməni silahlı bölmələri
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296664_0:0:3073:1728_1920x0_80_0_0_78ff5fdf933e9ddf22118f2c74e38517.jpg
BAKI, 1 avqust - Sputnik. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verir.Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296664_112:0:2843:2048_1920x0_80_0_0_9833955ff675a83abf48b53708f11d5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, abş, azərbaycan, üçtərəfli bəyanat, erməni silahlı birləşmələri, erməni silahlı bölmələri
ceyhun bayramov, abş, azərbaycan, üçtərəfli bəyanat, erməni silahlı birləşmələri, erməni silahlı bölmələri
Bayramov: Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər tam icra edilməlidir
22:18 01.08.2022 (Yenilənib: 22:19 01.08.2022) Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinə erməni silahlılarının Azərbaycandan tam çıxarılmadığını bildirib
BAKI, 1 avqust - Sputnik. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verir.
Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.
Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.