DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trass Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumun qarşısını almağa söz verib

© AP Photo / Rick Rycroft Böyük Britaniyanın xarici işlər naziri Liz Trass
 Böyük Britaniyanın xarici işlər naziri Liz Trass - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
İngiltərə bu yaxınlarda Aİ-dən güzəştli gömrük rejiminin uzadılmasını xahiş edib, ancaq rədd cavabı alaraq o özü birtərəfli qaydada gömrük rejimini uzadıb.
BAKI, 31 iyul - Sputnik. Britaniyanın hazırkı xarici işlər naziri Trass Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumun qarşısını almağa söz verib
Mühafizəkarlar Partiyasının lideri postuna və müvafiq olaraq ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu vəzifəyə seçiləcəyi təqdirdə Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsinə icazə verməyəcəyini bildirib. Bu barədə Rusiya mediası xəbər verir.
"Şotlandiya millətçiləri onların nəsildə bir dəfə düşən referendumunun bir fürsət olduğunu etiraf ediblər və mən bunun üçün israr edəcəyəm", - deyə Trass “The Telegraph” qəzetinə verdiyi müsahibədə bildirib.
O əlavə edib: "Mən bütün İttifaqımızın möhkəmləndirilməsi üçün çalışacağam. Baş nazir olaraq, Şimali İrlandiya Protokolu ilə bağlı etdiyim kimi, Birliyimizi qorumaq üçün lazım və doğru olanı edəcəyəm".
İyun ayında Şotlandiyanın birinci naziri Nikola Sterjen müstəqilliklə bağlı referendum keçirmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, məsələ Birləşmiş Krallığın Ali Məhkəməsində həll edilməlidir.
Şotlandiyanın müstəqilliyi haqqında ilk referendumu 2014-cü ildə keçirilib. O zaman iştirakçıların 50%-dən çoxu müstəqilliyin əleyhinə səs veriblər.
Şimali İrlandiya Protokoluna əsasən, Böyük Britaniya ötən ilin əvvəlində Aİ-ni tərk etdikdən sonra Şimali İrlandiya limanlarında İngiltərədən gələn yüklərin gömrük yoxlamasına başlanılmalı olub.
İngiltərə bu yaxınlarda Aİ-dən güzəştli gömrük rejiminin uzadılmasını xahiş edib, ancaq rədd cavabı alaraq o özü birtərəfli qaydada gömrük rejimini uzadıb.
Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiya Brexit-dən sonra faktiki olaraq Aİ-nin vahid bazar və gömrük zonasında qalıb. Nəticədə İngiltərə ilə Şimali İrlandiya arasında gömrük sərhədi yaranıb.
Xəbər lenti
0