Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada COVID-19-a yoluxma halları 576,8 milyonu ötüb

© AP Photo / Aijaz RahiABŞ-da tibbi maskada olan insanlar
ABŞ-da tibbi maskada olan insanlar - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
Yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayına görə ABŞ - 90 567 290 və 1 027 290 nəfərlə liderdir.
BAKI, 31 iyul - Sputnik. ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, bazar günü səhər saatlarına dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 576,81 nəfərə çatıb. Bu barədə Rusiya mediası məlumat verir.
Dünyada virusun yayılmasından indiyədək COVID-19 infeksiyasına görə 6 milyon 399 498 nəfər dünyasını dəyişib.
Yoluxma sayı 20 milyondan çox olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış "Worldometer" portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 823,5 təşkil edib. Hindistanda hər 1 milyon əhaliyə 374 nəfər, Braziliyada 3 146 nəfər, Fransada 2 318 nəfər (30 iyula olan məlumata görə), Almaniyada 1 707nəfər (30 iyula olan məlumata görə), Böyük Britaniyada 2 681 nəfər (28 iyula olan məlumata görə) vəfat edib. ABŞ haqqında isə məlumat verilmir.
Pekində tibbi maskada olan insanlar - Sputnik Azərbaycan, 1920, 23.07.2022
DÜNYA XƏBƏRLƏRİ
Dünyada COVID-19-a yoluxanların sayı 569 milyonu keçib
Xəbər lenti
0