NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

İbrahim Kalın: “Avropanın əsas enerji mənbəyi TANAP-dır”

© Photo : SOCARTANAP-ın tikintisi, arxiv şəkli
TANAP-ın tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
Avropalıların Rusiyadan enerji almayacaqlarına dair açıqlamalarına diqqət çəkən Kalın iki əsas alternativdən birinin Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP olduğunu açıqlayıb.
BAKI, 31 iyul - Sputnik. Avropanın əsas enerji mənbəyi Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP-dır.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Avropalıların Rusiyadan enerji almayacaqlarına dair açıqlamalarına diqqət çəkən Kalın iki əsas alternativdən birinin Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP olduğunu açıqlayıb.
Alternativ layihələrin, xüsusilə də “Nabucco”nun keçmişdə həyata keçirilə bilmədiyini vurğulayan Kalın "Cənab Prezidentimiz İlham Əliyevlə danışdı. Strateji perspetktiv budur. "Gəlin buradan yaranan boşluğu dərhal dolduraq" dedi. TANAP tamamilə Türkiyə-Azərbaycan iş birliyi ilə yaradıldı. Başqa yerdən dəstək alınmadı, maliyyə alınmadı, üçüncü və dördüncü ölkələr daxil olmadı", - deyib.
Заместитель министра по вопросам экологического перехода Италии Ванния Гава - Sputnik Azərbaycan, 1920, 02.06.2022
İQTİSADİYYAT
İtaliya TANAP vasitəsilə qaz tədarükünü ikiqat artırmağı planlaşdırır
Xəbər lenti
0