Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər yay aylarında çoxlu çiyələk yeməyi tövsiyə edirlər

© AFP 2024 / MOHAMMED HUWAISÇiyələk
Çiyələk  - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
Lakin həkimlər bildirir ki, yalnız mövsümündə yetişən çiyələk faydalıdır.
BAKI, 31 iyul - Sputnik. Kalium və maqnezimla zəngin olan çiyələk ürək-damar sistemi üçün çox faydalıdır. Bu səbəbdən də həkimlər yay mövsümündə çoxlu çiyələk yeməyi tövsiyə edirlər.
Belə ki, ürəyin fəaliyyətini yaxşılaşdıran çiyələk damarları möhkəmləndirir, xolesterolun səviyyəsini aşağı salır.
C vitamini ilə zəngindir
Bir sıra alimlər apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər ki, C vitamini ilə zəngin olan bu giləmeyvəni daha çox yeməklə qocalma prosesini ləngitmək olar.
Fol turşusu, dəmir və mislə zəngin olan çiyələk qanın tərkibini yaxşılaşdırır.
Təbii antidepressant olan bu giləmeyvənin qoxusu və dadı insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, insanı daha gümrah edir.
Lakin həkimlər bildirir ki, yalnız mövsümündə yetişən çiyələk faydalıdır.
Xəbər lenti
0