https://sputnik.az/20220731/akademiya-qeybet-yuvasina-cevrilmis-elmi-islerde-plagiatliq-vuset-almisdi-444515689.html
"Akademiya qeybət yuvasına çevrilmiş, elmi işlərdə plagiatlıq vüsət almışdı"
"Akademiya qeybət yuvasına çevrilmiş, elmi işlərdə plagiatlıq vüsət almışdı"
Sputnik Azərbaycan
Ekspertin fikrincə, elmi tendensiyaları bilməyən, intriqaya meyilli şəxslərin akademiyadan uzaqlaşdırılması çox müsbət addım oldu. 31.07.2022, Sputnik Azərbaycan
2022-07-31T09:30+0400
2022-07-31T09:30+0400
2022-07-31T09:30+0400
amea
təhsil
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 31 iyul — Sputnik. Prezident İlham Əliyevin fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmana uyğun olaraq, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Fərmanla elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.Bu Fərman ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə AMEA-nın ləğv edilərək institutlarının Elm və Təhsil Nazirliyinə həvalə edilməsi suallara yol açıb. Bəs görəsən yeni Nazirlik bunun öhdəsindən gələcəkmi?Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elm və təhsil haqqında verilən bu mühüm və tarixi qərar elm adamlarının gözləntilərini doğruldacaq. Onun sözlərinə görə, elmin idarə edilməsində yeni mexanizmlər tətbiq olunacaq, nəticədə elm və təhsilin inteqrasiyası sürətlənəcək, dövlətimizin inkişafında elmin payı artacaq. Həmçinin ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən elmi istiqamətlər inkişaf etdiriləcək:"Elm, təhsil adamlarını illərdir düşündürən məsələlərə nəhayət ki, aydınlıq gəldi. Azərbaycanda elmin idarəolunması yeni bir müstəviyə qədəm qoydu. Əminəm ki, bu Fərman elm və təhsilimizin inkişafında ciddi dönüş yaradacaq. Bu sahədə çatışmazlıqları aradan qaldıracaq, dövlətin elmdən gözləntilərini doğruldacaq. Elmin rolunun düzgün müəyyənləşdirilməsi üçün münbit mühit formalaşacaq".Həmsöhbətimiz deyir ki, Akademiya uzun müddət idi Azərbaycan elminə öz töhfəsini vermişdi. Amma son illərdə yeni çağırışlardan irəli gələrək akademiya tənəzzül dövrünü yaşayırdı. Onun fikrincə, yeni Elm və Təhsil Nazirliyinin yaradılması bu çatışmazlığı aradan qaldıracaq:"Bütövlükdə elmi fəaliyyət, elmi proses müasir dövrün çağırışlarına cavab verəcək idarəetməyə verilir. Əlbəttə ki, təyinatlardan da çox şey asılıdır. Mən inanıram ki, cənab prezidentin bu sahəyə cavabdeh şəxslərlə bağlı sərəncamları düzgün müəyyənləşdiriləcək. Təsadüfi insanların elmin idarəedilməsinə gətirilməsinin qarşısı alınacaq. Elmi tendensiyaları bilməyən, intriqaya meyilli şəxslərin akademiyadan uzaqlaşdırılması çox müsbət addım oldu. Azərbaycan xalqı alimə yüksək dəyər verir. Amma bizim Akademiya qeybət məkanına çevrilmişdi. İşdə nöqsanlarına görə çıxardılan məmurlar Elmlər Akademiyasına gətirilmişdi. Elmi işlərdə plagiatlıq vüsət almışdı. Dissertasiyalar pulla yazılırdı. Bunlar elmə, alimə yaraşmayan hallardır. Bunlarla elmi inkişaf etdirmək olmazdı".İ.Orucov bildirir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da Azərbaycan universitetlərinin dünya universitetləri arasında top 800-də yer alması hədəflənib. Universitetlərin bu reytinqdə yer ala bilməsi üçün onların nəzdində tədqiqat universitetləri, mərkəzləri olması vacib şərtlərdəndir. Bildiyimiz kimi, universitetlər reytinq cədvəlinə bir neçə parametrlə düşür. Bu parametrlərə cavab vermək üçün elmin və təhsilin vahid mərkəzdən idarə olunması zəruridir. Bütün bu qeyd olunanlar elm və təhsilin inkişaf etdiyi ölkələrin təcrübəsinin məhsuludur.Elmin idarə edilməsinin optimallaşdırılması, səmərəliliyinin artırılması çağdaş dövrümüzün tələbidir. İnanıram ki, aparılan struktur dəyişiklikləri yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək. Verilən qərarları, həmçinin ölkəmizin hərtərəfli inkişafında elm və təhsilin payının artırılması istiqamətində atılan vacib siyasi qərar kimi xarakterizə edirəm", - deyə İlqar Orucov bildirib.
https://sputnik.az/20220730/amea-arxiv-materiallarin-ve-elyazmalarin-talan-edilmesine-munasibet-bildirib-444542337.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
amea
"Akademiya qeybət yuvasına çevrilmiş, elmi işlərdə plagiatlıq vüsət almışdı"
Ekspertin fikrincə, elmi tendensiyaları bilməyən, intriqaya meyilli şəxslərin akademiyadan uzaqlaşdırılması çox müsbət addım oldu.
BAKI, 31 iyul — Sputnik. Prezident İlham Əliyevin fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmana uyğun olaraq, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək.
Fərmanla elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.
Bu Fərman ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə AMEA-nın ləğv edilərək institutlarının Elm və Təhsil Nazirliyinə həvalə edilməsi suallara yol açıb. Bəs görəsən yeni Nazirlik bunun öhdəsindən gələcəkmi?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elm və təhsil haqqında verilən bu mühüm və tarixi qərar elm adamlarının gözləntilərini doğruldacaq. Onun sözlərinə görə, elmin idarə edilməsində yeni mexanizmlər tətbiq olunacaq, nəticədə elm və təhsilin inteqrasiyası sürətlənəcək, dövlətimizin inkişafında elmin payı artacaq. Həmçinin ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən elmi istiqamətlər inkişaf etdiriləcək:
"Elm, təhsil adamlarını illərdir düşündürən məsələlərə nəhayət ki, aydınlıq gəldi. Azərbaycanda elmin idarəolunması yeni bir müstəviyə qədəm qoydu. Əminəm ki, bu Fərman elm və təhsilimizin inkişafında ciddi dönüş yaradacaq. Bu sahədə çatışmazlıqları aradan qaldıracaq, dövlətin elmdən gözləntilərini doğruldacaq. Elmin rolunun düzgün müəyyənləşdirilməsi üçün münbit mühit formalaşacaq".
Həmsöhbətimiz deyir ki, Akademiya uzun müddət idi Azərbaycan elminə öz töhfəsini vermişdi. Amma son illərdə yeni çağırışlardan irəli gələrək akademiya tənəzzül dövrünü yaşayırdı. Onun fikrincə, yeni Elm və Təhsil Nazirliyinin yaradılması bu çatışmazlığı aradan qaldıracaq:
"Bütövlükdə elmi fəaliyyət, elmi proses müasir dövrün çağırışlarına cavab verəcək idarəetməyə verilir. Əlbəttə ki, təyinatlardan da çox şey asılıdır. Mən inanıram ki, cənab prezidentin bu sahəyə cavabdeh şəxslərlə bağlı sərəncamları düzgün müəyyənləşdiriləcək. Təsadüfi insanların elmin idarəedilməsinə gətirilməsinin qarşısı alınacaq. Elmi tendensiyaları bilməyən, intriqaya meyilli şəxslərin akademiyadan uzaqlaşdırılması çox müsbət addım oldu. Azərbaycan xalqı alimə yüksək dəyər verir. Amma bizim Akademiya qeybət məkanına çevrilmişdi. İşdə nöqsanlarına görə çıxardılan məmurlar Elmlər Akademiyasına gətirilmişdi. Elmi işlərdə plagiatlıq vüsət almışdı. Dissertasiyalar pulla yazılırdı. Bunlar elmə, alimə yaraşmayan hallardır. Bunlarla elmi inkişaf etdirmək olmazdı".
İ.Orucov bildirir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da Azərbaycan universitetlərinin dünya universitetləri arasında top 800-də yer alması hədəflənib. Universitetlərin bu reytinqdə yer ala bilməsi üçün onların nəzdində tədqiqat universitetləri, mərkəzləri olması vacib şərtlərdəndir. Bildiyimiz kimi, universitetlər reytinq cədvəlinə bir neçə parametrlə düşür. Bu parametrlərə cavab vermək üçün elmin və təhsilin vahid mərkəzdən idarə olunması zəruridir. Bütün bu qeyd olunanlar elm və təhsilin inkişaf etdiyi ölkələrin təcrübəsinin məhsuludur.
Elmin idarə edilməsinin optimallaşdırılması, səmərəliliyinin artırılması çağdaş dövrümüzün tələbidir. İnanıram ki, aparılan struktur dəyişiklikləri yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək. Verilən qərarları, həmçinin ölkəmizin hərtərəfli inkişafında elm və təhsilin payının artırılması istiqamətində atılan vacib siyasi qərar kimi xarakterizə edirəm", - deyə İlqar Orucov bildirib.