Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyə Azərbaycana minatəmizləyən maşınlar göndərib

© Photo : Twitter / T.C. Millî Savunma Bakanlığı"MEMATT" minatəmizləyən maşınları
MEMATT minatəmizləyən maşınları - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycana Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə etmək üçün 20 "MEMATT" verilib.
BAKI, 30 iyul - Sputnik. Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq "MEMATT"lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə, qardaş Azərbaycana 20 "MEMATT" verilib”, - nazirlikdən bildirilib.
© Photo : Twitter / T.C. Millî Savunma Bakanlığı"MEMATT" minatəmizləyən maşınları
MEMATT minatəmizləyən maşınları - Sputnik Azərbaycan, 1920, 30.07.2022
"MEMATT" minatəmizləyən maşınları
Xatırladaq ki, Böyük Britaniya da işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iyunun sonlarında məlumat yayıb.
© Photo : Twitter / T.C. Millî Savunma Bakanlığı"MEMATT" minatəmizləyən maşınları
MEMATT minatəmizləyən maşınları - Sputnik Azərbaycan, 1920, 30.07.2022
"MEMATT" minatəmizləyən maşınları
"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".
Xəbər lenti
0