https://sputnik.az/20220730/sefirlik-ukraynadaki-azerbaycan-vetendaslarina-xeberdarliq-etdi-444535337.html
Səfirlik Ukraynadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
Səfirlik Ukraynadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Səfirlik Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına... 30.07.2022, Sputnik Azərbaycan
2022-07-30T16:18+0400
2022-07-30T16:18+0400
2022-07-30T16:51+0400
siyasət
ukrayna
səfirlik
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439604301_0:160:3072:1888_1920x0_80_0_0_8f7befb1b684c1bf972fd24dfb3cb69f.jpg
BAKI, 30 iyul - Sputnik. Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.Səfirlik Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;- Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;- Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;- Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;- Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;- Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;- Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);- Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;- Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;- Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;- Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:Telefonlar: 044 484 69 40, 073 505 00 00, 099 408 99 43 (zənglərin çox olması səbəbindən ilk zəngdən əlaqə yarada bilmədikdə az sonra təkrar zəng edilməsini xahiş edirik)Elektron poçt: kiev@mission.mfa.gov.azÜnvan: Kiyev şəhəri, Qlıboçitska küçəsi, 24https://www.facebook.com/AzEmbUkraineKonsulluq şöbəsinin qəbul saatları:Müraciətlərin qəbulu – 10:00-13:00Hazır sənədlərin verilməsi: 15:00-17:00Qeyd olunub ki, şənbə, bazar və rəsmi qeyri-iş günlərində vətəndaşların qəbulu təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda və öncədən qeydiyyat əsasında aparılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439604301_171:0:2902:2048_1920x0_80_0_0_c13b788a4bee4db0f37de2ac403c9e95.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, səfirlik
Səfirlik Ukraynadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
16:18 30.07.2022 (Yenilənib: 16:51 30.07.2022) Səfirlik Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək tövsiyələrini verib.
BAKI, 30 iyul - Sputnik. Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Səfirlik Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:
- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;
- Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;
- Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;
- Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;
- Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;
- Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;
- Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);
- Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;
- Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;
- Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;
- Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.
Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:
Telefonlar: 044 484 69 40, 073 505 00 00, 099 408 99 43 (zənglərin çox olması səbəbindən ilk zəngdən əlaqə yarada bilmədikdə az sonra təkrar zəng edilməsini xahiş edirik)
Elektron poçt: kiev@mission.mfa.gov.az
Ünvan: Kiyev şəhəri, Qlıboçitska küçəsi, 24
https://www.facebook.com/AzEmbUkraine
Konsulluq şöbəsinin qəbul saatları:
Müraciətlərin qəbulu – 10:00-13:00
Hazır sənədlərin verilməsi: 15:00-17:00
Qeyd olunub ki, şənbə, bazar və rəsmi qeyri-iş günlərində vətəndaşların qəbulu təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda və öncədən qeydiyyat əsasında aparılacaq.