https://sputnik.az/20220730/mixeil-saakasvili-siyasetden-gedir-resurslari-tukenib-444542512.html
Mixeil Saakaşvili siyasətdən gedir: Resursları tükənib
Mixeil Saakaşvili siyasətdən gedir: Resursları tükənib
Sputnik Azərbaycan
Vəkili bildirib ki, eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır. İndi əsas məsələ onun sağlamlığı və həyat təhlükəsizliyidir. 30.07.2022, Sputnik Azərbaycan
2022-07-30T22:29+0400
2022-07-30T22:29+0400
2022-07-30T22:30+0400
dünya xəbərləri
mixeil saakaşvili
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436895827_0:233:2814:1816_1920x0_80_0_0_6534ce7539cbc26cc1b32170906c2935.jpg
BAKI, 30 iyul - Sputnik. Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili yaratdığı "Vahid Milli Hərəkat" (VMH) partiyasını tərk edir və bununla da siyasətdən gedir.Bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat verib.Bildirib ki, Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsi onun səhhəti və həyat təhlükəsizliyi ilə bağlıdır.Onun sözlərinə görə, M.Saakaşvilinin siyasi resursları tükənib. O, indi ancaq sağlamlığının qayğısına qalmalıdır. Eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır."İndi ancaq söhbət onun sağlamlığından və həyatından gedir", - deyə vəkil vurğulayıb.Vəkilin bu bəyanatı VMH partiyası üzvlərinin təəccübünə səbəb olub. Partiya liderləri bu məsələdən xəbərsiz olduqlarını və bəyanatın onlar üçün gözlənilməz olduğunu bildirirlər.Qeyd edək ki, artıq xeyli vaxtdır həbsdə olan M.Saakaşvili səhhətində ciddi problemlər yarandığı üçün "Viamed" xəstəxanasında müalicə alır. O bu xəstəxanaya mayın 12-də köçürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436895827_42:0:2773:2048_1920x0_80_0_0_1bed8052017c95d5ef7bd9b2830f8aa1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixeil saakaşvili
Mixeil Saakaşvili siyasətdən gedir: Resursları tükənib
22:29 30.07.2022 (Yenilənib: 22:30 30.07.2022) Vəkili bildirib ki, eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır. İndi əsas məsələ onun sağlamlığı və həyat təhlükəsizliyidir.
BAKI, 30 iyul - Sputnik. Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili yaratdığı "Vahid Milli Hərəkat" (VMH) partiyasını tərk edir və bununla da siyasətdən gedir.
Bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat verib.
Bildirib ki, Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsi onun səhhəti və həyat təhlükəsizliyi ilə bağlıdır.
Onun sözlərinə görə, M.Saakaşvilinin siyasi resursları tükənib. O, indi ancaq sağlamlığının qayğısına qalmalıdır. Eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır.
"İndi ancaq söhbət onun sağlamlığından və həyatından gedir", - deyə vəkil vurğulayıb.
Vəkilin bu bəyanatı VMH partiyası üzvlərinin təəccübünə səbəb olub. Partiya liderləri bu məsələdən xəbərsiz olduqlarını və bəyanatın onlar üçün gözlənilməz olduğunu bildirirlər.
Qeyd edək ki, artıq xeyli vaxtdır həbsdə olan M.Saakaşvili səhhətində ciddi problemlər yarandığı üçün "Viamed" xəstəxanasında müalicə alır. O bu xəstəxanaya mayın 12-də köçürülüb.