CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev və Azərbaycanın dövlət qurumlarının rəhbərləri Gürcüstana başsağlığı veriblər

© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAYEVAzərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər  - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Bu münasibətlə başda Prezident olmaqla MM-in spikeri, Baş nazir, XİN, DİN və DSX rəhbərləri gürcüstanlı həmkarlarına başsağlığı ünvanlayıblar.
BAKI, 30 iyul - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
***
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı başsağlığı məktubunda deyilir:
“Bu ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”.
***
İyul ayının 29-da Gürcüstanın Qudauri bölgəsində Daxili İşlər Nazirliyinin sərhəd polisinə məxsus heliko­pterin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Gürcüstanın Daxili İşlər Nazirliyinə başsağlığı verilib.
DSX qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səbir və dözüm diləkləri ifadə edib.
***
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) helikopter qəzası ilə bağlı Gürcüstana başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
"Gürcüstanın Qudauri dağ kurortu ərazisində xilasedici helikopterin qəzaya uğraması nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və digər şəxslərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Daxili İşlər Nazirliyinə, həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.
***
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Ə.Əsədov Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Baş nazir İ.Qaribaşviliyə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
***
Azərbaycanın Xarici İşlər Nazirliyi helikopter qəzasına görə Gürcüstana başsağlığı verib.
Xarici işlər naziri Ceyhun Bayramov Tvitterdə bu barədə yazıb:
“Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması ilə bağl xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk. Azərbaycan bu çətin gündə Gürcüstanın yanındadır”.
Gürcüstanda qəzaya uğrayan helikopterdəki 8 nəfərin hamısı həlak olub
Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
Bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.
Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.
Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.
Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.
Xəbər lenti
0