https://sputnik.az/20220730/kelbecerde-qeyri-adi-tebiet-hadisesi---burulgan-tornado-bas-verib-444532197.html
Kəlbəcərdə qeyri-adi təbiət hadisəsi - burulğan-tornado baş verib
Kəlbəcərdə qeyri-adi təbiət hadisəsi - burulğan-tornado baş verib
Sputnik Azərbaycan
Gülşad Məmmədova bildirib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb. 30.07.2022, Sputnik Azərbaycan
2022-07-30T13:32+0400
2022-07-30T13:32+0400
2022-07-30T14:02+0400
hadisə
kəlbəcər
tornado
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1e/444532485_0:0:1920:1080_1920x0_80_0_0_cf126c0a4f51c2bd6a8bdc3318a6a2c1.jpg
BAKI, 30 iyul - Sputnik. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb."Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub.Topa yağış buludlarının şaquli ölçülərinin böyük , təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1e/444532485_240:0:1680:1080_1920x0_80_0_0_b3df946a7f43c0ef47a77d6ebf09d09b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəlbəcər, tornado
Kəlbəcərdə qeyri-adi təbiət hadisəsi - burulğan-tornado baş verib
13:32 30.07.2022 (Yenilənib: 14:02 30.07.2022) Gülşad Məmmədova bildirib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.
BAKI, 30 iyul - Sputnik. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.
"Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub.
Topa yağış buludlarının şaquli ölçülərinin böyük , təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".
G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.