Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hacıkənddəki Xan yaylağı II Milli Yaylaq Festivalına ev sahibliyi edir - VİDEO

© Sputnik / Shahperi Abbasovaİkinci Milli Yaylaq Festivalı
İkinci Milli Yaylaq Festivalı - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
"Cavad xan" Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalına 22 xarici ölkədən 300-ə yaxın qonaq qatılıb.
BAKI, 30 iyul - Sputnik. İyulun 30-da Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalının ikinci günü start götürüb.
Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən II Milli Yaylaq Festivalında bu gün rəsmi qonaqların qarşılanması və rəsmi açılış şousu olub.
Sonra açılış lenti kəsilib, Dədə Qorqudun qonaqları salamlaması, nağaraçılar və qılınc rəqsi, kollektivlərin yürüşü və digər nömrələr icra olunub.
Festivala dünən start verilib. Onun 29-31 iyul tarixlərində keçirilməsi planlaşdırılıb.
Artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.
"Cavad xan" Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalına 22 xarici ölkədən 300-ə yaxın qonaq qatılıb.
Bu gün Milli Yaylaq Festivalında Dağıstandan “Noqay”, İrandan “Qaşqayilər” və digər teatr kollektivlərinin çıxışları baş tutub.
II Milli Yaylaq Festivalının Təşkilat Komitəsinin üzvü Elçin Bayram bildirib ki, xarici qonaqların festivala marağı böyük olub. Festivalda türk el-obasının qədim adət-ənənələri nümayiş etdirilib. O, festivalda fərqli ab-havanın olduğunu, indiyədək 55 minə yaxın qonağın festivalı ziyarət etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.
© Sputnik / Shahperi Abbasovaİkinci Milli Yaylaq Festivalı
İkinci Milli Yaylaq Festivalı - Sputnik Azərbaycan, 1920, 30.07.2022
İkinci Milli Yaylaq Festivalı
Bu il isə festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
© Sputnik / Shahperi Abbasova

İkinci Milli Yaylaq Festivalı

İkinci Milli Yaylaq Festivalı - Sputnik Azərbaycan
1/3

İkinci Milli Yaylaq Festivalı

© Sputnik / Shahperi Abbasova

İkinci Milli Yaylaq Festivalı

İkinci Milli Yaylaq Festivalı - Sputnik Azərbaycan
2/3

İkinci Milli Yaylaq Festivalı

© Sputnik / Shahperi Abbasova

İkinci Milli Yaylaq Festivalı

İkinci Milli Yaylaq Festivalı - Sputnik Azərbaycan
3/3

İkinci Milli Yaylaq Festivalı

1/3

İkinci Milli Yaylaq Festivalı

2/3

İkinci Milli Yaylaq Festivalı

3/3

İkinci Milli Yaylaq Festivalı

Gəncədə keçirilən İkinci Milli Yaylaq Festivalı çərçivəsində tibbi xidmətlərin təşkili üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları təhkim olunub.
Festival müddətində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının üç həkim briqadası, Göygöl Rayon Mərkəzi Xəstəxanasının isə iki həkim briqadası fəaliyyət göstərəcək.
Xəbər lenti
0