DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinken Lavrovla nədən danışıb?

© REUTERS / Handout /RUSSIAN FOREIGN MINISTRYABŞ dövlət katibi Entoni Blinken və RF XİN rəhbəri Sergey Lavrov
ABŞ dövlət katibi Entoni Blinken  və RF XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Blinken Kuleba ilə Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması haqqında sazişi müzakirə edib.
BAKI, 30 iyul - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı barədə məlumat verib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.
Diplomatın sözlərinə görə, Blinken Kulebaya Rusiya xarici işlər naziri Lavrovla söhbəti barədə məlumat verib, həmçinin ABŞ-ın Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü şəksiz şəkildə dəstəklədiyini vurğulayıb.
ABŞ və Ukraynanın xarici əlaqələr idarələrinin rəhbərləri həmçinin Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması haqqında sazişi müzakirə ediblər.
Qeyd olunub ki, onlar BMT-nin vasitəçiliyi ilə Rusiya, Türkiyə və Ukrayna arasında taxıl daşınmasına dair sazişin tezliklə həyata keçirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər. Dövlət katibi qeyd edib ki, Rusiyanın Ukraynanın ərzaq məhsullarının dəniz yolu ilə ixracını dayandırması ərzaq qıtlığı vəziyyətini daha da gərginləşdirir.
Blinken Yelenovkada həbsdə olan 50-dən çox ukraynalının ölümü ilə bağlı Kulebaya başsağlığı verib.
Lavrov - Sputnik Azərbaycan, 1920, 25.07.2022
RUSİYA
Taxıl sazişi xüsusi hərbi əməliyyata mane olmayacaq - Lavrov
Xəbər lenti
0