https://sputnik.az/20220730/avropa-rusiyaya-super-silah-teqdim-edib-444509172.html
Avropa Rusiyaya super silah təqdim edib
Avropa Rusiyaya super silah təqdim edib
Sputnik Azərbaycan
Rusofob siyasətçilər öz vətəndaşlarından daha az yuyunmağı, iyul istisinin ortasında kondisionerləri yandırmamağı, avtomobildən velosipedə keçməyi və buna... 30.07.2022, Sputnik Azərbaycan
2022-07-30T08:54+0400
2022-07-30T08:54+0400
2022-07-30T08:54+0400
silah
təhlil
avropa
rusiya
abş
vaşinqton
"qazprom"
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891549_0:0:2964:1668_1920x0_80_0_0_0536c1551d125b829fca207e3a2a81be.jpg
BAKI, 30 iyul — Sputnik. Son aylarda baş verən Avropa qaz çılğınlığı haqlı olaraq bir nömrəli enerji mövzusu sayıla bilər. Rusiya qazından imtina etmək və ya ən azından asılılığı azaltmaq cəhdlərini müşayiət edən informasiya və siyasi isterikanın gərginliyini nəzərə alsaq, indi yadplanetlilərdən ibarət nümayəndə heyəti əlaqə yaratmaq üçün Hannover regionunda harasa enə bilərdi və heç kim onlara xüsusi diqqət yetirməzdi.Bir sözlə bu olduqca başa düşüləndir.Dünən Avropa qaz birjası TTF-də təbii qazın min kubmetrinin qiymətinin 2100 dollar olması ilə başlayıb. Bu rəqəm özü rekord rəqəm deyil, lakin hər hansı bir dövlət büdcəsi üçün son dərəcə ağrılıdır, düzü heç kim təsəvvür edə bilməzdi ki, gün batana qədər eyni miqdarda olan yanacaq 2500 dollara başa gələcək.Qiymət "Qazprom"un "Şimal axını" üzrə qaz nəqlinin qaz kəmərinin layihə gücündən 20 faizə enməsi barədə bəyanatından sonra bahalaşıb. Qərb mətbuatı, sadəcə olaraq, ağlını itirərək, yenidən Rusiyanı enerji daşıyıcılarından hibrid silah kimi, xarici siyasət maraqlarını sarsıtmaq üçün rıçaqdan və Avropa birliyini parçalamaq üçün dirəkdən istifadə etməkdə ittiham edərək basqı edib.Bu iddialar yalan olduğu qədər də adidir.Baltik dənizinin dibindəki magistraldan qaz nəqli Rusiya Baş Qərargahının hiyləgər planının bir hissəsi kimi deyil, planlı texniki xidmətə növbəti qaz yükləmə aqreqatı çıxarıldığı üçün düşüb. Almaniya sahillərinə gedən bütün marşrut boyunca aralıq kompressor stansiyalarının olmadığını nəzərə alsaq, fizika yükləmənin sutkada 164 milyon kubmetrdən otuza qədər azaldılmasına nail olub.Qeyd etmək lazımdır ki, bu, Smolenskdən qərbdə cərəyan edən ikinci faciəli komediya seriyasıdır.Son bir ay ərzində bütün Avropa "Siemens Energy" şirkətinin (Rostexnadzorun tövsiyəsi ilə, onunla tam razılaşaraq) söndürdüyü, sökdüyü və təmirə üçün Kanadaya göndərdiyi ilk turbinin macəralarını diqqətlə izləyir.Ottava Vaşinqtonun tələbi ilə anti-Rusiya sanksiya siyasətini əsas gətirərək aqreqatı həbs edib və Almaniyada, xüsusən də Avropada qaz bazarındakı vəziyyət ümidsizliyin dibinə qədər çökməyənə qədər onu geri verməkdən imtina edib. Berlin çoxsaylı və uzun sürən danışıqlardan sonra əmlakını geri qaytara bilib və almanların hansı rüsvayçılığa getməli olduğunu ancaq təxmin etmək olar.Ancaq uğursuz turbin heç vaxt siyasi intriqa və ikiüzlülük hörümçək torunda ilişib qalmış "Portovaya" qaz kompressor stansiyasına çata bilməyib. Almaniya bir daha Rusiyanı turbini götürmək istəməməkdə və bu səbəbdən gömrük sənədlərinin icrasını gecikdirməkdə ittiham edib. Cavab olaraq, "Qazprom" kifayət qədər əsaslı cavab verib ki, o, aqreqatın hazırkı vəziyyətini və qaz kəmərinin işləməsi və onun infrastrukturunun xidmət göstərilməsi zamanı yarana biləcək əlavə məhdudiyyətləri başa düşmür.Sadə dillə desək, mehriban Qərb komandası necə davranacaq.Məsələn, Kanadanın digər "Siemens" turbinlərinin maneəsiz gətirilməsinə, təmirinə və geri qaytarılmasına icazə verib-verməyəcəyi və ya hər bir aqreqatın demək olar ki, mübarizə və qeyri-müəyyən gecikmə ilə geri qaytarılması lazım olub-olmadığı hələ də bəlli deyil. Üstəlik, Almaniya tərəfindən tanınan texniki ekspertizanın tələblərinə əsasən, yaxın aylarda qalan qaz yükləmə aqreqatları təmir edilməlidir."Qazprom"un sualları tamamilə məntiqlidir: şirkət hasilatın və nəqlin üfüqünü başa düşməlidir, çünki təbii qaz kömür deyil, onu gediş limanında yığmaq olmaz və ixrac üçün icazəni gözləmək olmaz, o, ciddi şəkildə əvvəlcədən məlum olan müqavilə həcmində çıxarılır və daşınır.Bütün bu turbin karuseli, kainatın qanunlarını üstələməyə çalışan Avropa İttifaqının ümidsizlikləri fonunda fonunda baş verir.Bütün əvvəlki ay Avropa Komissiyasının qaz istehlakını 15 faiz azaltmaq üçün alyansa üzv olan ölkələrdən praktiki olaraq zorla tələb etdiyi ultimatum tələblərinin işarəsi altında keçib. Nəzərə alsaq ki, bütün avrozona ildə 396,6 milyard kubmetr mavi yanacaq istehlak etməsi şərtilə Avropa rəsmiləri hər bir ölkənin sənayesini öldürmədən təxminən 60 milyard kubmetri istehlakdan necə çıxaracağını düşünməlidirlər. Anlamaq üçün əlavə edək ki, bu, Almaniyanın bütün sənayesi və əhalisinin birgə istehlak etdiyindən bir qədər azdır.Mövcud vəziyyətin nə qədər kritik olduğunu başa düşmək üçün onu demək kifayətdir ki, hökumətləri yeni enerji riyaziyyatında məqbul cavab tapa bilməyən bir sıra ölkələr layihəni demək olar ki, dərhal torpedaya məruz qoyublar.Bu dəfə təxribatçı kimi gözləntiyə qarşı çıxan Macarıstan deyil, Avropanın bu əbədi zil səsi, həmişə vahid razılıq cəbhəsi kimi çıxış edən İspaniya, Portuqaliya, İtaliya və Yunanıstan idi. Orada olan maliyyəçilər və energetiklər Rusiya qazı olmadan əhalinin və müəssisələrin bir hissəsini dondurmadan qışdan necə çıxacağını yolunu tapmayıblar.Mübahisələr o qədər uzun və nəticəsiz qaldı ki, nəticədə Avropa Şurası layihəni ratifikasiya etməkdən imtina etdi və qərara gəldi ki, ölkələr bu cür öhdəlikləri Brüssel əksəriyyətinin qərarı ilə deyil, fərdi qaydada öz üzərinə götürməlidir. Əslində, indi biz ayrı-ayrı milli maraqlara qarşı ilk təhlükədə tikişləri çatlamış, təriflənmiş Avropa birliyinin dağılmasının şahidiyik.Avropa ABŞ-a qarşı özünün tamamilə vassal siyasətinin girovudur. Bir tərəfdən Qərb alyansının üzvləri həqiqətən də inadkar və boyun əyməyən rusiyalıları cəzalandırmaq istəyirlər. Digər tərəfdən, vəziyyət o qədər sürətlə pisləşir ki, sabah şərti Avstriya müstəqillik nümayiş etdirsə və enerji təchizatı ilə bağlı Moskva ilə ayrıca danışıqlar aparmağa cəhd etsə, dərhal satqın elan olunacaq, rüsvayçılıq damğası vurulacaq və dərhal da eyni addımı atmağa tələsəcəkdilər. Deyəsən, o qədər də utanc verici deyil.Qaz qıtlığı metalın səthində paslanmış ləkə kimi avrozonadan kənara da yayılır. Elə bu günlərdə Kiyevdən Amerikaya gənc demokratiya üçün bir növ "qaz lend-icarəsi" təşkil etmək xahişi ilə müraciətlər eşidildi. Yerli mütəxəssislərin hesablamalarına görə, sağ qalmaq və payız-qış dövründən keçmək üçün Ukraynanın on milyard dollar dəyərində Amerika maye qazına ehtiyacı var.Qaz qıtlığı metalın səthində paslanmış ləkə kimi avrozonadan kənara da yayılır. Elə bu günlərdə Kiyevdən ABŞ-a gənc demokratiya üçün bir növ "qaz lend-liz"i təşkil etmək xahişi ilə müraciətlər eşidilib. Yerli mütəxəssislərin hesablamalarına görə, payız-qış dövründə sağ qalmaq və bu dövrü salamatçılıqla keçmək üçün Ukraynanın dəyəri on milyard dollar olan ABÇ-ın mayeləşdirilmiş təbii qazına ehtiyacı var.Nəzərə alsaq ki, ABŞ-dakı bütün LNG terminalları imkan həddi ilə işləyir və Ukraynaya pul yardımı inadla azalır, reqazifikasiya terminalı ilə heç bir limanı olmayan Kiyevin istəyi Mars səthində skafandr olmadan gəzmək arzuları ilə müqayisə olunur.Ən sadə qərar "Şimal axını-2"nin işə salınmasıdır. Onun 55 milyard kubmetr gücü bütün problemləri həll etməsəydi, böhranın şiddətini əhəmiyyətli dərəcədə azaldardı, lakin burada da ilk skripka məntiqlə deyil, siyasətlə ifa olunurÖtən gün Brüsseldə Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek bildirib ki, ikinci "Axın"ın istifadəyə verilməsi Avropanın kapitulyasiyası və bütün sanksiyalar siyasətinin iflası olacaq. Çox gözəl səslənib, lakin maraqlı tərəflər Rusiyanın mavi yanacaq tədarükünün dəyişdirilməsi reseptini eşitməyiblər.Biz sizinlə unikal tarixi tamaşanın tamaşaçılarıyıq. Rusofob siyasətçilərin öz vətəndaşlarından daha az yuyunmağı, iyul istisinin ortasında kondisionerləri yandırmamağı, avtomobildən velosipedə keçməyi və Rusiyaya hər hansı formada zərər vurmağı tələb edən irimiqyaslı komediya gözümüzün önündə cərəyan edir.Arzularla reallıq arasında həll olunmayan ziddiyyət ondan ibarətdir ki, Rusiya enerji daşıyıcılarını əvəz edəcək heç nə yoxdur. Heç bir region və ya ölkə Rusiya ixracının ən azı yarısını əvəz etməyə razı olmayıb və Səudiyyə Ərəbistan kimi ölkələr isə neftçilərimizə istehsalın səylərini və həcmlərini əlaqələndirməyi təklif edirlər.Ölkələrə və bütün qitələrə öz iradəsini diktə etməyə qadir olan dövlətlər üzərində hökmü olduğuna qəti şəkildə əmin olan Avropa həyat qurtaran qazın son qurtumlarını udur, bu isə, heç də oksigen deyil.Ölkəmiz təbii qazdan o qədər uzun müddətdir silah kimi istifadə etməkdə ittiham olunur və bu qorxu reallığa çevrilib. Gülməli olan da odur ki, Rusiya bunun üçün heç nə etməyib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891549_233:0:2964:2048_1920x0_80_0_0_417d665bd3e148d7c5355af3449f0e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
silah, avropa, rusiya, abş, vaşinqton, "qazprom"
silah, avropa, rusiya, abş, vaşinqton, "qazprom"
Avropa Rusiyaya super silah təqdim edib
Rusofob siyasətçilər öz vətəndaşlarından daha az yuyunmağı, iyul istisinin ortasında kondisionerləri yandırmamağı, avtomobildən velosipedə keçməyi və buna bənzər şəkildə Rusiyaya zərər vurmağı tələb edirlər.
BAKI, 30 iyul — Sputnik. Son aylarda baş verən Avropa qaz çılğınlığı haqlı olaraq bir nömrəli enerji mövzusu sayıla bilər. Rusiya qazından imtina etmək və ya ən azından asılılığı azaltmaq cəhdlərini müşayiət edən informasiya və siyasi isterikanın gərginliyini nəzərə alsaq, indi yadplanetlilərdən ibarət nümayəndə heyəti əlaqə yaratmaq üçün Hannover regionunda harasa enə bilərdi və heç kim onlara xüsusi diqqət yetirməzdi.
Bir sözlə bu olduqca başa düşüləndir.
Dünən Avropa qaz birjası TTF-də təbii qazın min kubmetrinin qiymətinin 2100 dollar olması ilə başlayıb. Bu rəqəm özü rekord rəqəm deyil, lakin hər hansı bir dövlət büdcəsi üçün son dərəcə ağrılıdır, düzü heç kim təsəvvür edə bilməzdi ki, gün batana qədər eyni miqdarda olan yanacaq 2500 dollara başa gələcək.
Qiymət "Qazprom"un "Şimal axını" üzrə qaz nəqlinin qaz kəmərinin layihə gücündən 20 faizə enməsi barədə bəyanatından sonra bahalaşıb. Qərb mətbuatı, sadəcə olaraq, ağlını itirərək, yenidən Rusiyanı enerji daşıyıcılarından hibrid silah kimi, xarici siyasət maraqlarını sarsıtmaq üçün rıçaqdan və Avropa birliyini parçalamaq üçün dirəkdən istifadə etməkdə ittiham edərək basqı edib.
Bu iddialar yalan olduğu qədər də adidir.
Baltik dənizinin dibindəki magistraldan qaz nəqli Rusiya Baş Qərargahının hiyləgər planının bir hissəsi kimi deyil, planlı texniki xidmətə növbəti qaz yükləmə aqreqatı çıxarıldığı üçün düşüb. Almaniya sahillərinə gedən bütün marşrut boyunca aralıq kompressor stansiyalarının olmadığını nəzərə alsaq, fizika yükləmənin sutkada 164 milyon kubmetrdən otuza qədər azaldılmasına nail olub.
Qeyd etmək lazımdır ki, bu, Smolenskdən qərbdə cərəyan edən ikinci faciəli komediya seriyasıdır.
Son bir ay ərzində bütün Avropa "Siemens Energy" şirkətinin (Rostexnadzorun tövsiyəsi ilə, onunla tam razılaşaraq) söndürdüyü, sökdüyü və təmirə üçün Kanadaya göndərdiyi ilk turbinin macəralarını diqqətlə izləyir.
Ottava Vaşinqtonun tələbi ilə anti-Rusiya sanksiya siyasətini əsas gətirərək aqreqatı həbs edib və Almaniyada, xüsusən də Avropada qaz bazarındakı vəziyyət ümidsizliyin dibinə qədər çökməyənə qədər onu geri verməkdən imtina edib. Berlin çoxsaylı və uzun sürən danışıqlardan sonra əmlakını geri qaytara bilib və almanların hansı rüsvayçılığa getməli olduğunu ancaq təxmin etmək olar.
Ancaq uğursuz turbin heç vaxt siyasi intriqa və ikiüzlülük hörümçək torunda ilişib qalmış "Portovaya" qaz kompressor stansiyasına çata bilməyib. Almaniya bir daha Rusiyanı turbini götürmək istəməməkdə və bu səbəbdən gömrük sənədlərinin icrasını gecikdirməkdə ittiham edib. Cavab olaraq, "Qazprom" kifayət qədər əsaslı cavab verib ki, o, aqreqatın hazırkı vəziyyətini və qaz kəmərinin işləməsi və onun infrastrukturunun xidmət göstərilməsi zamanı yarana biləcək əlavə məhdudiyyətləri başa düşmür.
Sadə dillə desək, mehriban Qərb komandası necə davranacaq.
Məsələn, Kanadanın digər "Siemens" turbinlərinin maneəsiz gətirilməsinə, təmirinə və geri qaytarılmasına icazə verib-verməyəcəyi və ya hər bir aqreqatın demək olar ki, mübarizə və qeyri-müəyyən gecikmə ilə geri qaytarılması lazım olub-olmadığı hələ də bəlli deyil. Üstəlik, Almaniya tərəfindən tanınan texniki ekspertizanın tələblərinə əsasən, yaxın aylarda qalan qaz yükləmə aqreqatları təmir edilməlidir.
"Qazprom"un sualları tamamilə məntiqlidir: şirkət hasilatın və nəqlin üfüqünü başa düşməlidir, çünki təbii qaz kömür deyil, onu gediş limanında yığmaq olmaz və ixrac üçün icazəni gözləmək olmaz, o, ciddi şəkildə əvvəlcədən məlum olan müqavilə həcmində çıxarılır və daşınır.
Bütün bu turbin karuseli, kainatın qanunlarını üstələməyə çalışan Avropa İttifaqının ümidsizlikləri fonunda fonunda baş verir.
Bütün əvvəlki ay Avropa Komissiyasının qaz istehlakını 15 faiz azaltmaq üçün alyansa üzv olan ölkələrdən praktiki olaraq zorla tələb etdiyi ultimatum tələblərinin işarəsi altında keçib. Nəzərə alsaq ki, bütün avrozona ildə 396,6 milyard kubmetr mavi yanacaq istehlak etməsi şərtilə Avropa rəsmiləri hər bir ölkənin sənayesini öldürmədən təxminən 60 milyard kubmetri istehlakdan necə çıxaracağını düşünməlidirlər. Anlamaq üçün əlavə edək ki, bu, Almaniyanın bütün sənayesi və əhalisinin birgə istehlak etdiyindən bir qədər azdır.
Mövcud vəziyyətin nə qədər kritik olduğunu başa düşmək üçün onu demək kifayətdir ki, hökumətləri yeni enerji riyaziyyatında məqbul cavab tapa bilməyən bir sıra ölkələr layihəni demək olar ki, dərhal torpedaya məruz qoyublar.
Bu dəfə təxribatçı kimi gözləntiyə qarşı çıxan Macarıstan deyil, Avropanın bu əbədi zil səsi, həmişə vahid razılıq cəbhəsi kimi çıxış edən İspaniya, Portuqaliya, İtaliya və Yunanıstan idi. Orada olan maliyyəçilər və energetiklər Rusiya qazı olmadan əhalinin və müəssisələrin bir hissəsini dondurmadan qışdan necə çıxacağını yolunu tapmayıblar.
Mübahisələr o qədər uzun və nəticəsiz qaldı ki, nəticədə Avropa Şurası layihəni ratifikasiya etməkdən imtina etdi və qərara gəldi ki, ölkələr bu cür öhdəlikləri Brüssel əksəriyyətinin qərarı ilə deyil, fərdi qaydada öz üzərinə götürməlidir. Əslində, indi biz ayrı-ayrı milli maraqlara qarşı ilk təhlükədə tikişləri çatlamış, təriflənmiş Avropa birliyinin dağılmasının şahidiyik.
Avropa ABŞ-a qarşı özünün tamamilə vassal siyasətinin girovudur. Bir tərəfdən Qərb alyansının üzvləri həqiqətən də inadkar və boyun əyməyən rusiyalıları cəzalandırmaq istəyirlər. Digər tərəfdən, vəziyyət o qədər sürətlə pisləşir ki, sabah şərti Avstriya müstəqillik nümayiş etdirsə və enerji təchizatı ilə bağlı Moskva ilə ayrıca danışıqlar aparmağa cəhd etsə, dərhal satqın elan olunacaq, rüsvayçılıq damğası vurulacaq və dərhal da eyni addımı atmağa tələsəcəkdilər. Deyəsən, o qədər də utanc verici deyil.
Qaz qıtlığı metalın səthində paslanmış ləkə kimi avrozonadan kənara da yayılır. Elə bu günlərdə Kiyevdən Amerikaya gənc demokratiya üçün bir növ "qaz lend-icarəsi" təşkil etmək xahişi ilə müraciətlər eşidildi. Yerli mütəxəssislərin hesablamalarına görə, sağ qalmaq və payız-qış dövründən keçmək üçün Ukraynanın on milyard dollar dəyərində Amerika maye qazına ehtiyacı var.
Qaz qıtlığı metalın səthində paslanmış ləkə kimi avrozonadan kənara da yayılır. Elə bu günlərdə Kiyevdən ABŞ-a gənc demokratiya üçün bir növ "qaz lend-liz"i təşkil etmək xahişi ilə müraciətlər eşidilib. Yerli mütəxəssislərin hesablamalarına görə, payız-qış dövründə sağ qalmaq və bu dövrü salamatçılıqla keçmək üçün Ukraynanın dəyəri on milyard dollar olan ABÇ-ın mayeləşdirilmiş təbii qazına ehtiyacı var.
Nəzərə alsaq ki, ABŞ-dakı bütün LNG terminalları imkan həddi ilə işləyir və Ukraynaya pul yardımı inadla azalır, reqazifikasiya terminalı ilə heç bir limanı olmayan Kiyevin istəyi Mars səthində skafandr olmadan gəzmək arzuları ilə müqayisə olunur.
Ən sadə qərar "Şimal axını-2"nin işə salınmasıdır. Onun 55 milyard kubmetr gücü bütün problemləri həll etməsəydi, böhranın şiddətini əhəmiyyətli dərəcədə azaldardı, lakin burada da ilk skripka məntiqlə deyil, siyasətlə ifa olunur
Ötən gün Brüsseldə Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek bildirib ki, ikinci "Axın"ın istifadəyə verilməsi Avropanın kapitulyasiyası və bütün sanksiyalar siyasətinin iflası olacaq. Çox gözəl səslənib, lakin maraqlı tərəflər Rusiyanın mavi yanacaq tədarükünün dəyişdirilməsi reseptini eşitməyiblər.
Biz sizinlə unikal tarixi tamaşanın tamaşaçılarıyıq. Rusofob siyasətçilərin öz vətəndaşlarından daha az yuyunmağı, iyul istisinin ortasında kondisionerləri yandırmamağı, avtomobildən velosipedə keçməyi və Rusiyaya hər hansı formada zərər vurmağı tələb edən irimiqyaslı komediya gözümüzün önündə cərəyan edir.
Arzularla reallıq arasında həll olunmayan ziddiyyət ondan ibarətdir ki, Rusiya enerji daşıyıcılarını əvəz edəcək heç nə yoxdur. Heç bir region və ya ölkə Rusiya ixracının ən azı yarısını əvəz etməyə razı olmayıb və Səudiyyə Ərəbistan kimi ölkələr isə neftçilərimizə istehsalın səylərini və həcmlərini əlaqələndirməyi təklif edirlər.
Ölkələrə və bütün qitələrə öz iradəsini diktə etməyə qadir olan dövlətlər üzərində hökmü olduğuna qəti şəkildə əmin olan Avropa həyat qurtaran qazın son qurtumlarını udur, bu isə, heç də oksigen deyil.
Ölkəmiz təbii qazdan o qədər uzun müddətdir silah kimi istifadə etməkdə ittiham olunur və bu qorxu reallığa çevrilib. Gülməli olan da odur ki, Rusiya bunun üçün heç nə etməyib.