https://sputnik.az/20220729/valyuta-herraclarinda-teklif-telebi-iki-defeden-cox-usteleyib---taleh-kazimov-444487968.html
Valyuta hərraclarında təklif tələbi iki dəfədən çox üstələyib - Taleh Kazımov
Valyuta hərraclarında təklif tələbi iki dəfədən çox üstələyib - Taleh Kazımov
Sputnik Azərbaycan
Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edir. Bu da valyuta bazarının tarazlığı üçün zəmin yaradır. 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T13:18+0400
2022-07-29T13:18+0400
2022-07-29T13:18+0400
mərkəzi bank
iqtisadiyyat
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022638_0:0:693:389_1920x0_80_0_0_a29e8452b8ac9cba1d4c6c54e77d836b.jpg
BAKI, 29 iyul — Sputnik. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklifin kanallarını genişləndirir. Bu da Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında tələbin azalmasına səbəb olur.Bunu onlayn keçirilən mətbuat konfransında Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.T.Kazımov qeyd edib ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələyib:"İyulun 28-nə Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimum səviyyəsinə çatıb. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib. İyunda banklar tərəfindən valyutanın xalis alışının məbləği son 20 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil edib".Azərbaycanın strateji valyuta ehtiyatları açıqlanıbO əlavə edib ki, bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına çatıb."Profisitli tədiyyə balansı fonunda strateji valyuta ehtiyatları artmaqda davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır", - deyə o qeyd edib.Xatırladaq ki, bu gün Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
https://sputnik.az/20220729/ucot-derecesi-ile-bagli-qerar-verildi-444483663.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022638_65:0:602:403_1920x0_80_0_0_3093806417f12ac8c3173b1037e2b0d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, valyuta
Valyuta hərraclarında təklif tələbi iki dəfədən çox üstələyib - Taleh Kazımov
Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edir. Bu da valyuta bazarının tarazlığı üçün zəmin yaradır.
BAKI, 29 iyul — Sputnik. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklifin kanallarını genişləndirir. Bu da Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında tələbin azalmasına səbəb olur.
Bunu onlayn keçirilən mətbuat konfransında Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
T.Kazımov qeyd edib ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələyib:
"İyulun 28-nə Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimum səviyyəsinə çatıb. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib. İyunda banklar tərəfindən valyutanın xalis alışının məbləği son 20 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil edib".
Azərbaycanın strateji valyuta ehtiyatları açıqlanıb
O əlavə edib ki, bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına çatıb.
"Profisitli tədiyyə balansı fonunda strateji valyuta ehtiyatları artmaqda davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.