https://sputnik.az/20220729/tramp-abs-in-xarici-siyasetini-tenqid-edib-444403813.html
Tramp ABŞ-ın xarici siyasətini tənqid edib
Tramp ABŞ-ın xarici siyasətini tənqid edib
Sputnik Azərbaycan
Keçmiş prezident xəbərdarlıq edib: "Növbəti sırada isə Çin və Tayvanla bağlı problem var" 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T08:12+0400
2022-07-29T08:12+0400
2022-07-29T08:12+0400
donald tramp
dünya xəbərləri
tənqid
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444402834_0:0:3070:1728_1920x0_80_0_0_ba0a3b4d1711ed81bc8570194c638439.jpg
BAKI, 29 iyul — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı ABŞ administrasiyasının xarici siyasətini tənqid edib. Bu barədə Rusiya mediası xəbər verib."Mənim dövrümdə Çin, İran, Rusiya, Şimali Koreya nəzarət altında olub", - deyə ABŞ-ın keçmiş prezidenti Vaşinqtonda çıxışı zamanı bildirib.Trampın sözlərinə görə, indi "ABŞ dünya aləmində gülüş obyektinə çevrilib". O, hazırkı Prezident Co Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını yanlış şəkildə həyata keçirdiyini hesab edir."Mən prezident olsaydım, bunların heç biri baş verməzdi", - deyə Tramp qeyd edib.Keçmiş prezident xəbərdarlıq edib: "Növbəti sırada isə Çin və Tayvanla bağlı problem var"O hesab edir ki, Ağ Evdən ayrıldıqdan sonra "ABŞ dünya arenasında bir-birinin ardınca alçaldılmalar yaşayır".Tramp vurğulayıb ki, əgər tədbir görülməsə, indi hakimiyyətdə olan insanlar ABŞ-ı "Venesuela, Sovet İttifaqına bənzər bir şeyə, Kubanın daha böyük bənzərinə" çevirəcəklər.Tramp ABŞ administrasiyasına Çinə qarşı rüsumları ləğv etməməyi tövsiyə edib. O, həmçinin "yanacaq qiymətlərinin ucuzlaşmasına nail olmaq üçün ölkəmizdə neft və qaz hasilatının mümkün qədər sürətlə artırılmasını" zəruri hesab edir.Keçmiş prezident Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini birbaşa açıqlamayıb, ancaq bir daha belə bir ehtimala eyham vuraraq ABŞ-ın problemlərinin həllinə kömək etmək istədiyi üçün siyasətdən getmədiyini bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444402834_212:0:2941:2047_1920x0_80_0_0_975dcb286054cc94a55db36511a6c861.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, tənqid, abş
donald tramp, tənqid, abş
Tramp ABŞ-ın xarici siyasətini tənqid edib
Keçmiş prezident xəbərdarlıq edib: "Növbəti sırada isə Çin və Tayvanla bağlı problem var"
BAKI, 29 iyul — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı ABŞ administrasiyasının xarici siyasətini tənqid edib. Bu barədə Rusiya mediası xəbər verib.
"Mənim dövrümdə Çin, İran, Rusiya, Şimali Koreya nəzarət altında olub", - deyə ABŞ-ın keçmiş prezidenti Vaşinqtonda çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, indi "ABŞ dünya aləmində gülüş obyektinə çevrilib". O, hazırkı Prezident Co Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını yanlış şəkildə həyata keçirdiyini hesab edir.
"Mən prezident olsaydım, bunların heç biri baş verməzdi", - deyə Tramp qeyd edib.
Keçmiş prezident xəbərdarlıq edib: "Növbəti sırada isə Çin və Tayvanla bağlı problem var"
O hesab edir ki, Ağ Evdən ayrıldıqdan sonra "ABŞ dünya arenasında bir-birinin ardınca alçaldılmalar yaşayır".
Tramp vurğulayıb ki, əgər tədbir görülməsə, indi hakimiyyətdə olan insanlar ABŞ-ı "Venesuela, Sovet İttifaqına bənzər bir şeyə, Kubanın daha böyük bənzərinə" çevirəcəklər.
Tramp ABŞ administrasiyasına Çinə qarşı rüsumları ləğv etməməyi tövsiyə edib. O, həmçinin "yanacaq qiymətlərinin ucuzlaşmasına nail olmaq üçün ölkəmizdə neft və qaz hasilatının mümkün qədər sürətlə artırılmasını" zəruri hesab edir.
Keçmiş prezident Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini birbaşa açıqlamayıb, ancaq bir daha belə bir ehtimala eyham vuraraq ABŞ-ın problemlərinin həllinə kömək etmək istədiyi üçün siyasətdən getmədiyini bildirib.