CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə gününə gəzinti planlaşdıranlar, havadan xəbərdar olun

© Sputnik / Murad OrujovÇimərlik, arxiv şəkli
Çimərlik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Sabah havanın temperaturu gecə 21-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq.
BAKI, 29 iyul — Sputnik. İyulun 30-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacağı, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 21-26° isti olacaq.
Xəbər lenti
0