https://sputnik.az/20220729/rusiyaya-qarsi-hibrid-muharibe-cine-tesir-etmeye-baslayir---set-444483919.html
Rusiyaya qarşı hibrid müharibə Çinə təsir etməyə başlayır - ŞƏT
Rusiyaya qarşı hibrid müharibə Çinə təsir etməyə başlayır - ŞƏT
Sputnik Azərbaycan
Qurumun baş katibinin müavini bildirib ki, ŞƏT lap əvvəldən Qərb mediasında açıq düşməncə şərhlərin obyekti olub və son iyirmi ildə Qərbdə ŞƏT-ə qarşı... 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T11:09+0400
2022-07-29T11:09+0400
2022-07-29T11:09+0400
dünya xəbərləri
şət
rusiya
çin
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427466021_0:177:3015:1873_1920x0_80_0_0_f838487dd21930a64716594b4d5ef733.jpg
BAKI, 29 iyul — Sputnik. Qərb ölkələrinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucu dövlətlərindən biri olan Rusiyaya qarşı başlatdığı hibrid müharibə Çinə də təsir etməyə başlayır. Rusiya mediası xəbər verir ki, bunu ŞƏT baş katibinin müavini Qriqori Loqvinov deyib."İndi tamamilə aydın oldu ki, informasiya texnologiyaları birbaşa hərbi istifadəyə verilib, media məkanı isə tramplin və döyüş meydanına çevrilib", – məlumatda deyilir.O xatırladıb ki, ŞƏT lap əvvəldən Qərb mediasında açıq düşməncə şərhlərin obyekti olub və son iyirmi ildə Qərbdə ŞƏT-ə qarşı antaqonizm güclənib.Loqvinov onu da qeyd edib ki, Qazaxıstanda yanvar etirazları zamanı ŞƏT və KTMT-nin Qazaxıstanın hazırkı hakimiyyətini tam dəstəklədiyi zaman təşkilata qarşı tənqidlər aydın görünürdü, Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın Səmərqənddə keçiriləcək sammiti ərəfəsində ŞƏT-ə üzv olmaq istəyən ölkələrin növbəsinin yarandığını bildirmişdi.İyulun 28-də Lavrov ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Daşkəndə gəlib.Bu şura çərçivəsində Rusiya xarici işlər naziri Çinin xarici işlər naziri Van Yi ilə Moskva və Pekin arasında ikitərəfli münasibətləri müzakirə edib.ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.Ötən ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427466021_142:0:2873:2048_1920x0_80_0_0_2b386a686dd643a8a8cb7ed6c405ade5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şət, rusiya, çin
Rusiyaya qarşı hibrid müharibə Çinə təsir etməyə başlayır - ŞƏT
Qurumun baş katibinin müavini bildirib ki, ŞƏT lap əvvəldən Qərb mediasında açıq düşməncə şərhlərin obyekti olub və son iyirmi ildə Qərbdə ŞƏT-ə qarşı antaqonizm güclənib.
BAKI, 29 iyul — Sputnik. Qərb ölkələrinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucu dövlətlərindən biri olan Rusiyaya qarşı başlatdığı hibrid müharibə Çinə də təsir etməyə başlayır. Rusiya mediası xəbər verir ki, bunu ŞƏT baş katibinin müavini Qriqori Loqvinov deyib.
"İndi tamamilə aydın oldu ki, informasiya texnologiyaları birbaşa hərbi istifadəyə verilib, media məkanı isə tramplin və döyüş meydanına çevrilib", – məlumatda deyilir.
O xatırladıb ki, ŞƏT lap əvvəldən Qərb mediasında açıq düşməncə şərhlərin obyekti olub və son iyirmi ildə Qərbdə ŞƏT-ə qarşı antaqonizm güclənib.
Loqvinov onu da qeyd edib ki, Qazaxıstanda yanvar etirazları zamanı ŞƏT və KTMT-nin Qazaxıstanın hazırkı hakimiyyətini tam dəstəklədiyi zaman təşkilata qarşı tənqidlər aydın görünürdü, Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın Səmərqənddə keçiriləcək sammiti ərəfəsində ŞƏT-ə üzv olmaq istəyən ölkələrin növbəsinin yarandığını bildirmişdi.
İyulun 28-də Lavrov ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Daşkəndə gəlib.
Bu şura çərçivəsində Rusiya xarici işlər naziri Çinin xarici işlər naziri Van Yi ilə Moskva və Pekin arasında ikitərəfli münasibətləri müzakirə edib.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Ötən ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb.