https://sputnik.az/20220729/qlobal-proseslerin-azerbaycanin-erzaq-tehlukesizliyine-tesirleri-aciqlanib-444502995.html
Qlobal proseslərin Azərbaycanın ərzaq təhlükəsizliyinə təsirləri açıqlanıb
Qlobal proseslərin Azərbaycanın ərzaq təhlükəsizliyinə təsirləri açıqlanıb
Sputnik Azərbaycan
İnam Kərimov Azərbaycanla bağlı proqnozlardan danışıb, bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən... 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T16:27+0400
2022-07-29T16:27+0400
2022-07-29T16:28+0400
azərbaycan
azərbaycan xəbərləri
ərzaq təhlükəsizliyi
https://cdnn1.img.sputnik.az/img/42345/59/423455999_0:0:3071:1728_1920x0_80_0_0_08fe3bfd6be942e65598cc250a6cc983.jpg
BAKI, 29 iyul — Sputnik. Azərbaycan torpaq və su resursları məhdud olan ölkələrdən biridir və iqlim dəyişikliyi birbaşa Azərbaycanda torpaq və su resurslarına mənfi təsir göstərir.Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real” TV-yə müsahibəsində deyib.O bildirib ki, ərzaq təhlükəsizliyi təhdidləri və çağırışları yaradan, dövlətləri narahat edən səbəblərdən biri qlobal səviyyədə iqlim dəyişiklikləri, qlobal istiləşmə ilə bağlıdır. 2021-ci ilin sonunda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO ) dünyanın torpaq və su resursları-sistem tənəzzül astanasında adlı hesabat dərc edib.Hesabatın əsas məğzi ondan ibarətdir ki, hazırda dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün artıq torpaq və su resursları özlərinin son istifadə imkanları həddindədir. Yəni bundan artıq bizim torpaq və su resurslarımız yoxdur".Nazir deyir ki, nəzərə alsaq ki, 2050-ci ilə qədər dünya əhalisinin sayının 10 milyarda yaxınlaşması gözlənilir, o cümlədən qlobal istiləşmə problemi daha kəskin formada artmağa başlayacaq və həmin hesabata görə, son 20 ildə dünyada 191 milyon hektar ərazi əkin dövriyyəsindən çıxıb.Bu o deməkdir ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir: "Azərbaycan üçün də bu hal xarakterikdir".İ.Kərimov deyir ki, əkin dövriyyəmizin əsas hissəsi 1 milyon hektar ərazi taxıl məhsullarının istehsalı üçün istifadə edilir:“Bunun təxminən 50%-i suvarılan, digər 50 %-i isə dəmyə ərazilərdir. Quraqlığın gələcəkdə kəskinləşməsi qaçılmazdır. Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-ci ilə qədər Azərbaycanı səhralaşmaya məruz qalan 20 ölkə sırasına daxil edib. Ona görə də su və torpaq resurslarından düzgün istifadə etmək ən vacib amillərdən biridir"."Ərzaq təhlükəsizliyi kontekstində ən vacib istiqamət məhz buğda və taxıl məhsulları ilə özümüzü təmin etməyimizdir. Bu məsələlərin aktuallaşdığı ilk günlərdən Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri o olub ki, bununla bağlı təkliflər hazırlanmalıdır”, - deyə o əlavə edib.Nazir bildirib ki, Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər barədə” Fərmanın məqsədi bu sahədə dəstək tədbirlərini gücləndirmək, əkin subsidiyasından əlavə fermerlərimizə məhsul subsidiyasını təqdim etməkdir:"Ərzaqlıq buğda əkən fermer hektara görə ödənilən subsidiyadan əlavə məhsul subsidiyası alacaq. Hesab edirik ki, bu kifayət qədər təşviqedici alətdir. Bu fermerləri həvəsləndirəcək ki, ərzaqlıq buğda əksinlər”.O vurğulayıb ki, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması kənd təsərrüfatı sahəsinə birbaşa təsir edən amillərdən biridir:“Bu, həm fermerlərin gəlirliliyinin azalmasına səbəb olur. Bəzi hallarda fermerlər tərəfindən istehsal vasitələrinin istifadəsinə mənfi təsir göstərir, məhsuldarlıq aşağı düşür və qiymətlərin volatilliyi kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərən amillərdən biri kimi çıxış edir".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/59/423455999_340:0:3071:2048_1920x0_80_0_0_d9c3ab79abbba408b0a99c13367c3762.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ərzaq təhlükəsizliyi
azərbaycan, ərzaq təhlükəsizliyi
Qlobal proseslərin Azərbaycanın ərzaq təhlükəsizliyinə təsirləri açıqlanıb
16:27 29.07.2022 (Yenilənib: 16:28 29.07.2022) İnam Kərimov Azərbaycanla bağlı proqnozlardan danışıb, bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir və bu hal Azərbaycan üçün də xarakterikdir
BAKI, 29 iyul — Sputnik. Azərbaycan torpaq və su resursları məhdud olan ölkələrdən biridir və iqlim dəyişikliyi birbaşa Azərbaycanda torpaq və su resurslarına mənfi təsir göstərir.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real” TV-yə müsahibəsində deyib.
O bildirib ki, ərzaq təhlükəsizliyi təhdidləri və çağırışları yaradan, dövlətləri narahat edən səbəblərdən biri qlobal səviyyədə iqlim dəyişiklikləri, qlobal istiləşmə ilə bağlıdır. 2021-ci ilin sonunda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO ) dünyanın torpaq və su resursları-sistem tənəzzül astanasında adlı hesabat dərc edib.
Hesabatın əsas məğzi ondan ibarətdir ki, hazırda dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün artıq torpaq və su resursları özlərinin son istifadə imkanları həddindədir. Yəni bundan artıq bizim torpaq və su resurslarımız yoxdur".
Nazir deyir ki, nəzərə alsaq ki, 2050-ci ilə qədər dünya əhalisinin sayının 10 milyarda yaxınlaşması gözlənilir, o cümlədən qlobal istiləşmə problemi daha kəskin formada artmağa başlayacaq və həmin hesabata görə, son 20 ildə dünyada 191 milyon hektar ərazi əkin dövriyyəsindən çıxıb.
Bu o deməkdir ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir: "Azərbaycan üçün də bu hal xarakterikdir".
İ.Kərimov deyir ki, əkin dövriyyəmizin əsas hissəsi 1 milyon hektar ərazi taxıl məhsullarının istehsalı üçün istifadə edilir:
“Bunun təxminən 50%-i suvarılan, digər 50 %-i isə dəmyə ərazilərdir. Quraqlığın gələcəkdə kəskinləşməsi qaçılmazdır. Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-ci ilə qədər Azərbaycanı səhralaşmaya məruz qalan 20 ölkə sırasına daxil edib. Ona görə də su və torpaq resurslarından düzgün istifadə etmək ən vacib amillərdən biridir".
"Ərzaq təhlükəsizliyi kontekstində ən vacib istiqamət məhz buğda və taxıl məhsulları ilə özümüzü təmin etməyimizdir. Bu məsələlərin aktuallaşdığı ilk günlərdən Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri o olub ki, bununla bağlı təkliflər hazırlanmalıdır”, - deyə o əlavə edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər barədə” Fərmanın məqsədi bu sahədə dəstək tədbirlərini gücləndirmək, əkin subsidiyasından əlavə fermerlərimizə məhsul subsidiyasını təqdim etməkdir:
"Ərzaqlıq buğda əkən fermer hektara görə ödənilən subsidiyadan əlavə məhsul subsidiyası alacaq. Hesab edirik ki, bu kifayət qədər təşviqedici alətdir. Bu fermerləri həvəsləndirəcək ki, ərzaqlıq buğda əksinlər”.
O vurğulayıb ki, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması kənd təsərrüfatı sahəsinə birbaşa təsir edən amillərdən biridir:
“Bu, həm fermerlərin gəlirliliyinin azalmasına səbəb olur. Bəzi hallarda fermerlər tərəfindən istehsal vasitələrinin istifadəsinə mənfi təsir göstərir, məhsuldarlıq aşağı düşür və qiymətlərin volatilliyi kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərən amillərdən biri kimi çıxış edir".