https://sputnik.az/20220729/nazir-bu-qerari-amea-nin-legvi-kimi-qiymetlendirmek-duzgun-deyil-444517767.html
Nazir: "Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil"
Nazir: "Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil"
Sputnik Azərbaycan
Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin dünənki fərmanını şərh edib. 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T18:22+0400
2022-07-29T18:22+0400
2022-07-29T18:46+0400
təhsil
emin əmrullayev
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433796_0:103:2000:1228_1920x0_80_0_0_89577e5b14ccb5c7e1a4be743ccdb209.jpg
BAKI, 29 iyul - Sputnik. “Qətiyyən bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil".“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir:"Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”.“Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq”, - nazir vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433796_114:0:1887:1330_1920x0_80_0_0_b4d11e4efc7ec7651c53bbd1180059f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev
Nazir: "Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil"
18:22 29.07.2022 (Yenilənib: 18:46 29.07.2022) Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin dünənki fərmanını şərh edib.
BAKI, 29 iyul - Sputnik. “Qətiyyən bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil".
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir:
"Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”.
“Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq”, - nazir vurğulayıb.