Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

MİQ üzrə test imtahanlarının nəticələri açıqlanıb

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib
BAKI, 29 iyul — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən xəbərə görə, 14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.
Xatırladaq ki, iyulun 14-də 2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. 54 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçirilib.
Qeyd edək ki, yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərib. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanıb.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
Xəbər lenti
0