https://sputnik.az/20220729/moskva-yerevanin-baki-ve-ankara-ile-yaxinlasmasini-destekleyir---rey-444484700.html
Moskva Yerevanın Bakı və Ankara ilə yaxınlaşmasını dəstəkləyir - Rəy
Moskva Yerevanın Bakı və Ankara ilə yaxınlaşmasını dəstəkləyir - Rəy
Sputnik Azərbaycan
Ekspert bildirib ki, Rusiya Federasiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrində iştirak etməkdə maraqlıdır. 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T11:26+0400
2022-07-29T11:26+0400
2022-07-29T11:36+0400
moskva
azərbaycan xəbərləri
azərbaycan
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436836531_0:187:3024:1888_1920x0_80_0_0_d02581c4357c976b0e6fd2f9e9cf70e7.jpg
BAKI, 29 iyul — Sputnik. "Rusiya və Azərbaycanın 30 il ərzində qurduğu səmərəli əməkdaşlıq bu gün iki ölkənin liderləri arasında etibarlı münasibətlər sayəsində dəstəklənir". Belə bir açıqlama ilə Sputnik Azərbaycan-a müsahibəsində Cənubi Qafqaz Ölkələrinin Analitik və Tədqiqat Mərkəzinin direktoru Yevgeni Mixaylov çıxış edib."Diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Rusiya ilə Azərbaycan arasında möhkəm mehriban qonşuluq əlaqələri qurulub. Münasibətlərin uğurlu olduğunu Moskvanın Qarabağla bağlı mövqeyi və onun Bakı ilə İrəvan arasında vasitəçi kimi çıxış etməsi sübut edir", - deyə o bildirib. O, həmçinin iki ölkə prezidentləri arasında kifayət qədər mehriban münasibətləri qeyd edib: əməkdaşlığın qorunub saxlanmasına və inkişafına onların töhfəsi əvəzsizdir.Mixaylov onu da xatırladıb ki, bu gün Rusiyada böyük Azərbaycan diasporu yaşayır və iki ölkə arasında ikitərəfli əlaqələrin qurulmasında fəal iştirak edir."Bir əsr birlikdə yaşamaq Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin müasir tarixində öz izlərini qoyub", - deyə mərkəzin direktoru əlavə edib.Respublikada ruslara münasibətMixaylov, Azərbaycanın həmişə ruslara qarşı qonaqpərvər olduğunu, respublikanın postsovet məkanında ən böyük rus diasporalarından birinə malik olduğunu söyləyib."Azərbaycanda ruslar millətçi elementlərin sıxışdırıldığı digər keçmiş sovet respublikalarından fərqli olaraq təqiblərə məruz qalmırlar. Azərbaycan həmişə yüksək mədəniyyəti ilə seçilib", - deyə Mixaylov vurğulayıb.Rusiya Qarabağın bərpasında öz təcrübəsini təklif etməyə hazırdırEkspert xatırladıb ki, Rusiya Federasiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrində iştirak etməkdə maraqlıdır."Rusiya "ağıllı" şəhər və kəndlər layihələrinin həyata keçirilməsində iştirak edə bilərdi, çünki bu istiqamətdə mütəxəssisləri var", - deyə Qafqaz üzrə ekspert əlavə edib.Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıMixaylov bildirib ki, 2022-ci ilin noyabrında üçtərəfli bəyanatı imzalamaqla Ermənistan öz üzərinə müəyyən öhdəliklər götürüb.Bu kontekstdə o, Ermənistan Təhlükəsizlik Şurası katibinin Ermənistan ordusunun Qarabağdan çıxarılması ilə bağlı bəyanatını müsbət qiymətləndirib.Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan sentyabrdan sonra Ermənistandan çağırışçıların Qarabağa göndərilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Ermənistan ordusunun Qarabağdan çıxarılması prosesi yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq."Bu, hələ ki, müsbət vəddir. Ermənistan kifayət qədər tez-tez çox şey vəd edirdi, lakin istənilən halda, baş verənlər fonunda - danışıqlar prosesi, Rusiya Federasiyasının vasitəçiliyi ilə xarici işlər nazirlərinin yaxud beynəlxalq strukturların müxtəlif yerlərdə müntəzəm görüşləri - Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi sürətlənib", - deyə Mixaylov bildirib.Onun fikrincə, Ermənistanda həqiqətən də Azərbaycanla mehriban qonşuluq münasibətlərinin iqtisadi rifahın, ölkənin inkişafının və güclü dövlət quruculuğu üçün gələcək zəmin olduğunu anlayan qüvvələr peyda olub.Ankara-Yerevan yaxınlaşması"Hesab edirəm ki, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması müsbət inkişaf edir. Keçmişlə yaşamaq olmaz, Ankara həmişə Yerevanla münasibətlər qurmaq arzusunu bildirirdi", - deyə Mixaylov bildirib.Onun sözlərinə görə, Rusiya bu vəziyyətdə bu cür prosesləri dəstəkləyir, çünki Moskva Cənubi Qafqazda bir gərginlik nöqtəsinin az olmasının tərəfdarıdır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436836531_293:0:3024:2048_1920x0_80_0_0_e5fffa7fa7cca66b6443532880bdead4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
moskva, azərbaycan, qarabağ
moskva, azərbaycan, qarabağ
Moskva Yerevanın Bakı və Ankara ilə yaxınlaşmasını dəstəkləyir - Rəy
11:26 29.07.2022 (Yenilənib: 11:36 29.07.2022) Ekspert bildirib ki, Rusiya Federasiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrində iştirak etməkdə maraqlıdır.
BAKI, 29 iyul — Sputnik. "Rusiya və Azərbaycanın 30 il ərzində qurduğu səmərəli əməkdaşlıq bu gün iki ölkənin liderləri arasında etibarlı münasibətlər sayəsində dəstəklənir". Belə bir açıqlama ilə Sputnik Azərbaycan-a müsahibəsində Cənubi Qafqaz Ölkələrinin Analitik və Tədqiqat Mərkəzinin direktoru Yevgeni Mixaylov çıxış edib.
"Diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Rusiya ilə Azərbaycan arasında möhkəm mehriban qonşuluq əlaqələri qurulub. Münasibətlərin uğurlu olduğunu Moskvanın Qarabağla bağlı mövqeyi və onun Bakı ilə İrəvan arasında vasitəçi kimi çıxış etməsi sübut edir", - deyə o bildirib.
O, həmçinin iki ölkə prezidentləri arasında kifayət qədər mehriban münasibətləri qeyd edib: əməkdaşlığın qorunub saxlanmasına və inkişafına onların töhfəsi əvəzsizdir.
Mixaylov onu da xatırladıb ki, bu gün Rusiyada böyük Azərbaycan diasporu yaşayır və iki ölkə arasında ikitərəfli əlaqələrin qurulmasında fəal iştirak edir.
"Bir əsr birlikdə yaşamaq Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin müasir tarixində öz izlərini qoyub", - deyə mərkəzin direktoru əlavə edib.
Respublikada ruslara münasibət
Mixaylov, Azərbaycanın həmişə ruslara qarşı qonaqpərvər olduğunu, respublikanın postsovet məkanında ən böyük rus diasporalarından birinə malik olduğunu söyləyib.
"Azərbaycanda ruslar millətçi elementlərin sıxışdırıldığı digər keçmiş sovet respublikalarından fərqli olaraq təqiblərə məruz qalmırlar. Azərbaycan həmişə yüksək mədəniyyəti ilə seçilib", - deyə Mixaylov vurğulayıb.
Rusiya Qarabağın bərpasında öz təcrübəsini təklif etməyə hazırdır
Ekspert xatırladıb ki, Rusiya Federasiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrində iştirak etməkdə maraqlıdır.
"Rusiya "ağıllı" şəhər və kəndlər layihələrinin həyata keçirilməsində iştirak edə bilərdi, çünki bu istiqamətdə mütəxəssisləri var", - deyə Qafqaz üzrə ekspert əlavə edib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
Mixaylov bildirib ki, 2022-ci ilin noyabrında üçtərəfli bəyanatı imzalamaqla Ermənistan öz üzərinə müəyyən öhdəliklər götürüb.
Bu kontekstdə o, Ermənistan Təhlükəsizlik Şurası katibinin Ermənistan ordusunun Qarabağdan çıxarılması ilə bağlı bəyanatını müsbət qiymətləndirib.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan sentyabrdan sonra Ermənistandan çağırışçıların Qarabağa göndərilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Ermənistan ordusunun Qarabağdan çıxarılması prosesi yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq.
"Bu, hələ ki, müsbət vəddir. Ermənistan kifayət qədər tez-tez çox şey vəd edirdi, lakin istənilən halda, baş verənlər fonunda - danışıqlar prosesi, Rusiya Federasiyasının vasitəçiliyi ilə xarici işlər nazirlərinin yaxud beynəlxalq strukturların müxtəlif yerlərdə müntəzəm görüşləri - Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi sürətlənib", - deyə Mixaylov bildirib.
Onun fikrincə, Ermənistanda həqiqətən də Azərbaycanla mehriban qonşuluq münasibətlərinin iqtisadi rifahın, ölkənin inkişafının və güclü dövlət quruculuğu üçün gələcək zəmin olduğunu anlayan qüvvələr peyda olub.
Ankara-Yerevan yaxınlaşması
"Hesab edirəm ki, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması müsbət inkişaf edir. Keçmişlə yaşamaq olmaz, Ankara həmişə Yerevanla münasibətlər qurmaq arzusunu bildirirdi", - deyə Mixaylov bildirib.
Onun sözlərinə görə, Rusiya bu vəziyyətdə bu cür prosesləri dəstəkləyir, çünki Moskva Cənubi Qafqazda bir gərginlik nöqtəsinin az olmasının tərəfdarıdır.