https://sputnik.az/20220729/memarliq-ixtisasina-qebul-olmaq-isteyenlerin-nezerine-444507866.html
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Sputnik Azərbaycan
Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T20:43+0400
2022-07-29T20:43+0400
2022-07-29T20:53+0400
memarlıq
təhsil
xüsusi qabiliyyət
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510735_0:160:3073:1888_1920x0_80_0_0_48497765cf5d8ea300d23a483cc623d6.jpg
BAKI, 29 iyul — Sputnik. Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər/subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 29 iyul – 3 avqust 2022-ci il tarixlərində DİM-in saytında qeydiyyatdan keçməlidirlər.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.Bildirilib ki, abituriyentlər 30 iyul – 3 avqust tarixlərində qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə biləcəklər.Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.Qeyd edək ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər/subbakalavrlar iştirak edə bilərlər.Qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən, lakin I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar ixtisas seçimində iştirak edə bilməyəcəklər.Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər(subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2022-ci ildə nəşr edilmiş "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1‑ci sayında verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510735_170:0:2901:2048_1920x0_80_0_0_6620c360700a5241ce7af8b619cb3456.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
memarlıq, xüsusi qabiliyyət, imtahan
memarlıq, xüsusi qabiliyyət, imtahan
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
20:43 29.07.2022 (Yenilənib: 20:53 29.07.2022) Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
BAKI, 29 iyul — Sputnik. Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər/subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 29 iyul – 3 avqust 2022-ci il tarixlərində DİM-in saytında qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.
Bildirilib ki, abituriyentlər 30 iyul – 3 avqust tarixlərində qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə biləcəklər.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər/subbakalavrlar iştirak edə bilərlər.
Qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən, lakin I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar ixtisas seçimində iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər(subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2022-ci ildə nəşr edilmiş "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1‑ci sayında verilib.