https://sputnik.az/20220729/lavrov-bir-nece-ereb-ve-asiya-olkesinin-set-e-uzv-olmaq-istediyini-bildirib-444502352.html
Lavrov bir neçə ərəb və Asiya ölkəsinin ŞƏT-ə üzv olmaq istədiyini bildirib
Lavrov bir neçə ərəb və Asiya ölkəsinin ŞƏT-ə üzv olmaq istədiyini bildirib
Sputnik Azərbaycan
Bildirilib ki, Belarusun təşkilata daxil olması ilə bağlı artıq geniş konsensus var 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T19:22+0400
2022-07-29T19:22+0400
2022-07-29T19:22+0400
lavrov
dünya xəbərləri
rusiya xin rəhbəri sergey lavrov
şət
şət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:3073:1728_1920x0_80_0_0_76ee40e348c6d9bd27793ecc75db4ee9.jpg
BAKI, 29 iyul — Sputnik. Bir sıra ərəb və Asiya ölkələri Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyir. Bunu jurnalistlərə cümə günü, 29 iyul 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib."ŞƏT-in genişləndirilməsinə gəlincə, İran ötən il namizəd statusu alıb və üzvlük prosesinə başlayıb", - deyə Lavrov bildirib. O qeyd edib: "Belarusun namizədliyi ilə bağlı geniş konsensus var. Bura bir sıra ərəb və Asiya ölkələri daxil olmaqla bir sıra iddiaçılar da var."Kp.ru saytının daha əvvəl yazdığı kimi, Sergey Lavrov bildirib ki, bu və ya digər formatda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyən ölkələrin artıq bütöv bir növbəsi artıq yaranıb.Xatırladaq ki, Belarus Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib. Bunu 2022-ci il iyulun 15-də ŞƏT-in baş katibi təsdiqləyib.ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.Ötən ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:2731:2048_1920x0_80_0_0_35b4b7bb31a1bd139e4c2682fd4d7a2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
lavrov, rusiya xin rəhbəri sergey lavrov, şət, şət
lavrov, rusiya xin rəhbəri sergey lavrov, şət, şət
Lavrov bir neçə ərəb və Asiya ölkəsinin ŞƏT-ə üzv olmaq istədiyini bildirib
Bildirilib ki, Belarusun təşkilata daxil olması ilə bağlı artıq geniş konsensus var
BAKI, 29 iyul — Sputnik. Bir sıra ərəb və Asiya ölkələri Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyir. Bunu jurnalistlərə cümə günü, 29 iyul 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"ŞƏT-in genişləndirilməsinə gəlincə, İran ötən il namizəd statusu alıb və üzvlük prosesinə başlayıb", - deyə Lavrov bildirib. O qeyd edib: "Belarusun namizədliyi ilə bağlı geniş konsensus var. Bura bir sıra ərəb və Asiya ölkələri daxil olmaqla bir sıra iddiaçılar da var."
Kp.ru saytının daha əvvəl yazdığı kimi, Sergey Lavrov bildirib ki, bu və ya digər formatda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyən ölkələrin artıq bütöv bir növbəsi artıq yaranıb.
Xatırladaq ki, Belarus Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib. Bunu 2022-ci il iyulun 15-də ŞƏT-in baş katibi təsdiqləyib.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Ötən ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb.