https://sputnik.az/20220729/ekspert-set-in-azerbaycan-ucun-artan-onemini-serh-etdi-444521526.html
Ekspert ŞƏT-in Azərbaycan üçün artan önəmini şərh etdi
Ekspert ŞƏT-in Azərbaycan üçün artan önəmini şərh etdi
Sputnik Azərbaycan
Nazim Cəfərsoy hesab edir ki, son dövrlər cərəyan edən qlobal, regional tendensiyalara baxdığımız zaman Asiyanın artan rolu və cərəyan edən proseslərin o... 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T21:36+0400
2022-07-29T21:36+0400
2022-07-29T21:36+0400
azərbaycan
azərbaycan xəbərləri
şət
təşkilat
ekspert
üzv
üzvlük
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427220146_0:0:3049:1716_1920x0_80_0_0_68a073f94ed6943999533129f3800f58.jpg
BAKI, 29 iyul — Sputnik. Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Özbəkistan paytaxtı Daşkənddə görüşü keçirilir.Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində toplaşacaqlar. Bu toplantıya qədər təşkilatın xarici işlər nazirləri liderlərin müzakirə edəcəkləri gündəliyi müəyyənləşdirməlidirlər. Əsas müzakirə mövzularından biri təşkilata yeni üzvlərin qəbuludur. Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.Sputnik Azərbaycan ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyla həmsöhbət olub.QAFSAM sədrinin müavini bildirib ki, ŞƏT soyuq müharibə bitdikdən sonra qlobal siyasətdəki yeni tendensiyalara uyğun olaraq, xüsusən Asiya coğrafiyasını nəzərə alan struktur kimi formalaşdırılmağa çalışılıb. Onun sözlərinə görə, strukturun iştirakçıları onun əhəmiyyətli bir təşkilat olmasından xəbər verir: "Bu struktur üçün əsas coğrafiya Asiya və orta Asiyadır. Bu da oradakı təhlükəsizlik və terrorla mübarizə məsələləri kontekstində gündəmə gəldi. Ancaq daha sonra daha qlobal mahiyyət kəsb edən genişmiqyaslı təşkilata çevrildi".Ekspert qeyd edib ki, təşkilat ilkin mərhələdə daha elastik formada ortaya çıxmışdı: "Yeni coğrafiyalardan üzvlərin daxil edilməsi ilə təşkilatın öncəlikləri, instutisional forması ciddi şəkildə dəyişikliyə uğradı".Nazim Cəfərsoy hesab edir ki, son dövrlər cərəyan edən qlobal, regional tendensiyalara baxdığımız zaman Asiyanın artan rolu və cərəyan edən proseslərin o coğrafiyaya doğru istiqamətlənməsi fonunda ŞƏT-in də önəmi artmağa başlayır: "Azərbaycanın roluna gəldikdə isə görürük ki, ölkəmiz ŞƏT-lə əməkdaşlıqda maraqlıdır. Asiya coğrafiyasının önəminin artması Azərbaycan üçün də əhəmiyyətlidir. Əvvəla qlobal kontekstdə baxdığımız zaman beynəlxalq münasibətlər sisteminin Asiya coğrafiyasına doğru meyllənməsi və orada mühüm proseslərin baş verməsi Azərbaycan üçün önəmlidir. Çünki bu region ciddi iqtisadi bazar, hərbi və siyasi güclərin beynəlxalq münasibətlərdə getdikcə rolunun artdığı bir coğrafiyaya çevrilir".O xatırladıb ki, dolayısı ilə 90-ci illərdə Avropa coğrafiyası, Qərb bazarları siyasi, iqtisadi, mədəni və geosiyasi baxımdan nə qədər önəm kəsb edirdisə, artıq 2000-ci illərdən etibarən Asiya coğrafiyasının önəmi artıb: "Bu baxımdan ŞƏT Azərbaycanın bu coğrafiya ilə struktural münasibətlərinin qurulması baxımından kritik əhəmiyyətə malikdir".Ekspertin fikrincə, Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən də iki təşkilata xüsusi əhəmiyyət verir. Bunlar son dövrlər aktuallığını artıran Qoşulmama Hərəkatı və İslam Konfransı Təşkilatıdır.O vurğulayıb ki, bu iki təşkilatın əsas üzvləri Asiyadadır və dolayısı ilə həmin coğrafiya ilə əlaqəmizi qorumaq baxımından ŞƏT mühim platformalardan biri sayıla bilər."Azərbaycan xarici siyasətində qlobal kontekstdə balanslaşdırma xüsusi önəm daşıyır. Balanslaşdırma qlobal və regional güc aktorları baxımından, həm də coğrafiyalar baxımından önəmlidir. ŞƏT bu üç faktor baxımından əhəmiyyət kəsb edir. Digər tərəfdən ikili əlaqələr baxımından ŞƏT Azərbaycanın Rusiya ilə əməkdaşlığının bir başqa əhəmiyyətli istiqamətlərindən birini formalaşdırır. Həmçinin Çinlə münasibətlərimizin həm ikili, həm regional, həm də qlobal kontekstini formalaşmasında ŞƏT mühim bir fürsəti özündə ehtiva edir. Nəzərə almalıyıq ki, ŞƏT və Azərbaycan arasında qurulan münasibətlər yeni qurulan və formalaşma mərhələsində olan müansibətlərdir. Bunun çox ciddi potensialı var. Çinin "Bir kəmər, bir yol" layihəsində Azərbaycan əhəmiyyətli bir hissəni təşkil edir. Çinin Qərbə açılması üçün Azərbaycanın strateji önəmi artıb", – deyə Nazim Cəfərsoy vurğulayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427220146_59:0:2790:2048_1920x0_80_0_0_18062403dc564f66d7832d0fc7ac50e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, şət, təşkilat, ekspert, üzv, üzvlük
azərbaycan, şət, təşkilat, ekspert, üzv, üzvlük
Ekspert ŞƏT-in Azərbaycan üçün artan önəmini şərh etdi
Nazim Cəfərsoy hesab edir ki, son dövrlər cərəyan edən qlobal, regional tendensiyalara baxdığımız zaman Asiyanın artan rolu və cərəyan edən proseslərin o coğrafiyaya doğru istiqamətlənməsi fonunda ŞƏT-in də önəmi artmağa başlayır
BAKI, 29 iyul — Sputnik. Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Özbəkistan paytaxtı Daşkənddə görüşü keçirilir.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində toplaşacaqlar. Bu toplantıya qədər təşkilatın xarici işlər nazirləri liderlərin müzakirə edəcəkləri gündəliyi müəyyənləşdirməlidirlər. Əsas müzakirə mövzularından biri təşkilata yeni üzvlərin qəbuludur. Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.
Sputnik Azərbaycan ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyla həmsöhbət olub.
QAFSAM sədrinin müavini bildirib ki, ŞƏT soyuq müharibə bitdikdən sonra qlobal siyasətdəki yeni tendensiyalara uyğun olaraq, xüsusən Asiya coğrafiyasını nəzərə alan struktur kimi formalaşdırılmağa çalışılıb. Onun sözlərinə görə, strukturun iştirakçıları onun əhəmiyyətli bir təşkilat olmasından xəbər verir: "Bu struktur üçün əsas coğrafiya Asiya və orta Asiyadır. Bu da oradakı təhlükəsizlik və terrorla mübarizə məsələləri kontekstində gündəmə gəldi. Ancaq daha sonra daha qlobal mahiyyət kəsb edən genişmiqyaslı təşkilata çevrildi".
Ekspert qeyd edib ki, təşkilat ilkin mərhələdə daha elastik formada ortaya çıxmışdı: "Yeni coğrafiyalardan üzvlərin daxil edilməsi ilə təşkilatın öncəlikləri, instutisional forması ciddi şəkildə dəyişikliyə uğradı".
Nazim Cəfərsoy hesab edir ki, son dövrlər cərəyan edən qlobal, regional tendensiyalara baxdığımız zaman Asiyanın artan rolu və cərəyan edən proseslərin o coğrafiyaya doğru istiqamətlənməsi fonunda ŞƏT-in də önəmi artmağa başlayır: "Azərbaycanın roluna gəldikdə isə görürük ki, ölkəmiz ŞƏT-lə əməkdaşlıqda maraqlıdır. Asiya coğrafiyasının önəminin artması Azərbaycan üçün də əhəmiyyətlidir. Əvvəla qlobal kontekstdə baxdığımız zaman beynəlxalq münasibətlər sisteminin Asiya coğrafiyasına doğru meyllənməsi və orada mühüm proseslərin baş verməsi Azərbaycan üçün önəmlidir. Çünki bu region ciddi iqtisadi bazar, hərbi və siyasi güclərin beynəlxalq münasibətlərdə getdikcə rolunun artdığı bir coğrafiyaya çevrilir".
O xatırladıb ki, dolayısı ilə 90-ci illərdə Avropa coğrafiyası, Qərb bazarları siyasi, iqtisadi, mədəni və geosiyasi baxımdan nə qədər önəm kəsb edirdisə, artıq 2000-ci illərdən etibarən Asiya coğrafiyasının önəmi artıb: "Bu baxımdan ŞƏT Azərbaycanın bu coğrafiya ilə struktural münasibətlərinin qurulması baxımından kritik əhəmiyyətə malikdir".
Ekspertin fikrincə, Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən də iki təşkilata xüsusi əhəmiyyət verir. Bunlar son dövrlər aktuallığını artıran Qoşulmama Hərəkatı və İslam Konfransı Təşkilatıdır.
O vurğulayıb ki, bu iki təşkilatın əsas üzvləri Asiyadadır və dolayısı ilə həmin coğrafiya ilə əlaqəmizi qorumaq baxımından ŞƏT mühim platformalardan biri sayıla bilər.
"Azərbaycan xarici siyasətində qlobal kontekstdə balanslaşdırma xüsusi önəm daşıyır. Balanslaşdırma qlobal və regional güc aktorları baxımından, həm də coğrafiyalar baxımından önəmlidir. ŞƏT bu üç faktor baxımından əhəmiyyət kəsb edir. Digər tərəfdən ikili əlaqələr baxımından ŞƏT Azərbaycanın Rusiya ilə əməkdaşlığının bir başqa əhəmiyyətli istiqamətlərindən birini formalaşdırır. Həmçinin Çinlə münasibətlərimizin həm ikili, həm regional, həm də qlobal kontekstini formalaşmasında ŞƏT mühim bir fürsəti özündə ehtiva edir. Nəzərə almalıyıq ki, ŞƏT və Azərbaycan arasında qurulan münasibətlər yeni qurulan və formalaşma mərhələsində olan müansibətlərdir. Bunun çox ciddi potensialı var. Çinin "Bir kəmər, bir yol" layihəsində Azərbaycan əhəmiyyətli bir hissəni təşkil edir. Çinin Qərbə açılması üçün Azərbaycanın strateji önəmi artıb", – deyə Nazim Cəfərsoy vurğulayıb.