CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbrayılda qolu qandallı meyit tapılıb

© AP Photo / Felipe DanaMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatlı şəxslərdən Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur
BAKI, 29 iyul — Sputnik. Cəbrayıl rayonu ərazisində qolu qandallı meyit tapılıb. Rayon prokurorluğundan verilən məlumata görə, iyulun 20-də Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında təxminən 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Meyitin xarici müayinəsi zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək var.
Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.
Xəbər lenti
0