DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu içkilər yaşıl şüşələrdə satılmayacaq

© E. Rodriguez / Getty Images via AFPSprite içkiləri, arxiv şəkli
Sprite içkiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Dəyişikliklər 1 avqust 2022-ci ildən qüvvəyə minəcək
BAKI, 29 iyul — Sputnik. "Sprite" brendinin sahibi olan alkoqolsuz içki istehsalçısı "The Coca-Cola Company" ekoloji narahatlıq səbəbindən brendin içkilərini artıq yaşıl plastik şüşələrdə satmayacaq. Bu barədə "Coca-Cola" ilə işləyən təkrar emal şirkəti "R3CYCLE"in baş direktoru Culian Oçoa açıqlama verib.
"Şüşələrdən rənglərin çıxarılması təkrar emal edilmiş materialın keyfiyyətini yaxşılaşdırır... Təkrar emaldan sonra "Sprite"ın şəffaf plastik şüşələri başqa şüşələrə təkrar emal oluna bilər ki, bu da plastikin dövrü qənaətinə töhfə verir", - deyə CNN şirkətin baş direktorundan sitat gətirib.
Teleşirkətin məlumatına görə, yaşıl rəngli "Sprite" şüşələrində içkilər 60 ildən çox idi ki, satılırdı. Telekanalın məlumatına görə, yenilənmiş loqotipi və qablaşdırma dizaynını qeyd etmək olar. Eyni zamanda, etiketlərdəki ənənəvi yaşıl rəngin qalacağı qeyd olunur.
Bundan başqa, "The Coca-Cola Company" şirkətinə məxsus olan və onların hazırlanmasında yaşıl rəngdən istifadə edən, aralarında "Fresca", "Seagram's" və "Mello Yello" kimi digər içkilərin butulkaları da rəngini dəyişəcək. Bütün bu dəyişikliklərin 1 avqust 2022-ci il tarixindən qüvvəyə minəcəyi dəqiqləşdirilir.
Xatırladaq ki, iki il əvvəl ətraf mühitin mühafizəsi şöbəsinin rəhbəri Bea Peres "Coca-Cola" şirkətinin birdəfəlik plastik butulkalardan imtina etməyi planlaşdırmadığını bildirərək qeyd etmişdi ki, müştərilər hələ də "onları sevirlər", çünki onlar çox rahat və az çəkiyə malikdirlər.
Xəbər lenti
0