CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi yaşayış məntəqələrinin yolu yenilənir

© Photo : Azerbaijan Highway State AgencyNeftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur
Neftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb.
BAKI, 29 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala Bankə–Beştalı avtomobil yolunun tikintisinə dair tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verib.
Agentliyin məlumatına görə, uzunluğu 10 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 8,5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsinin 1.1 km ərazisi yararsız asfalt örtük, 7.4 km ərazisi isə torpaq əsasdan ibarət idi.
Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, hazırda yeni yol geyimi inşa edilir.
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda eni 1.5, uzunluğu 900 metr olan piyada səkisinin inşası aparılır.
© Photo : Azerbaijan Highway State AgencyNeftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur
Neftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Neftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur
Layihə çərçivəsində yolun 1.5 km-lik Bankə–Beştalı ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri də nəzərdə tutulub.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
© Photo : Azerbaijan Highway State AgencyNeftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur
Neftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Neftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay "Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncam ilə, otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə 2022-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.
Xəbər lenti
0