DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baş nazirliyə namizəd teleaparıcını şüurunu itirmək həddinə gətirib çıxardı

© AP Photo / Alastair GrantLiz Trass
Liz Trass - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniyada aparıcının huşunu itirməsinin səbəbi kimi Liz Trassın nəfəs kəsən axmaqlığını göstərib
BAKI, 29 iyul — Sputnik. Böyük Britaniyanın baş naziri postuna namizədlər arasında Maliyyə Nazirliyinin sabiq rəhbəri Rişi Sunak və xarici işlər naziri Liz Trassın iştirakı ilə teledebatlar kadr arxasında səslənən gurultu ilə kəsilib.
Həmin məqamda Trass Rusiyanın Ukraynadakı hərbi əməliyyatı haqqında danışır və təbii ki, Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini müzakirə edərək reytinq qazanmağa çalışırdı.
"O, Ukraynada uğur qazansa, dayanmayacaq. O, azadlıq və demokratiyaya meydan oxuyacaq...", - Trass bu sözləri deyər-deməz gurultu səsi eşidilib.
Baş verənləri görən XİN rəhbəri "Tanrım!" söyləyərək kadrı tərk edib. Tamaşaçılara isə ekran qoruyucusuna baxmaq qalıb.
Sonradan məlum olub ki, debatların moderatoru Keyt Makkan baş nazirliyə namizədlərin çıxışı zamanı huşunu itirib və yıxılıb.
Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vəziyyəti özünəməxsus istehza ilə şərh edib.
- Bu dəhşətli debatın aparıcısı Liz Trassın növbəti ağlasığmaz axmaqlığından sonra huşunu itirib. Heç bir rejissor bundan yaxşı kulminasiya nöqtəsini fikirləşib tapa bilməzdi", - deyə Zaxarova bildirib.
Teledebatları yayımlayan kanalın aparıcısı bildirib ki, Makkanın səhhətində artıq hər şey qaydasındadır, lakin baş nazirliyə namizədlərin ünsiyyətinin təxirə salınması qərara alınıb.
Xəbər lenti
0