CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağlı qalan cinayətlər açıldı - DİN detalları açıqladı

© Sputnik / Ilham MustafayevPPX avtomobili, arxiv şəkli
PPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Ötən gün ərzində DİN əməkdaşları narkotiklərlə əlaqəli 28 fakt müəyyən ediblər.
BAKI, 29 iyul — Sputnik. İyulun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 67-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN bildirir ki, ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Xəbər lenti
0