https://sputnik.az/20220728/ukrayna-britaniyanin-bas-naziri-consonun-simasinda-en-yaxsi-dostunu-itirib-444457581.html
Ukrayna Britaniyanın baş naziri Consonun simasında ən yaxşı dostunu itirib
Ukrayna Britaniyanın baş naziri Consonun simasında ən yaxşı dostunu itirib
Sputnik Azərbaycan
"Politico" nəşri yazır ki, Boris Consonun istefası Kiyevdəki Britaniya müttəfiqlərini ruhdan salıb. 28.07.2022, Sputnik Azərbaycan
2022-07-28T20:49+0400
2022-07-28T20:49+0400
2022-07-28T20:49+0400
boris conson
dünya xəbərləri
ukrayna
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443433371_0:0:3073:1728_1920x0_80_0_0_f545db5f7fa76ab74382f6cff509ac29.jpg
BAKI, 28 iyul — Sputnik. Ukrayna Böyük Britaniyanın Baş naziri Boris Consonun simasında özünün "ən yaxşı dostunu" itirib. Bu barədə "Politico" nəşri yazır.Qeyd olunur ki, siyasətçinin istefa qərarı onun Kiyevdəki müttəfiqlərini ruhdan salıb. Buna görə də Ukrayna hakimiyyəti Londonun "Ukrayna ilə sıx dostluq əlaqələri" saxlaya bilməyəcəyindən ehtiyat edir.Xüsusilə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Consonu heç kim əvəz edə bilməz. O, iki liderin (Volodimir Zelenski və Boris Conson) arasındakı "kimyanı" xüsusi vurğulayaraq, başqa bir liderlə beynəlxalq səviyyədə belə münasibətləri davam etdirməyin çətin ki, mümkün olacağını qeyd edib.Xatırladaq ki, iyul ayında Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb. Bundan əlavə, o, Mühafizəkarlar Partiyasının lideri postunu tərk etməyi planlaşdırır. Conson Mühafizəkarlar Partiyasına səs verənlərə təşəkkür edib. O, "vəzifə borcu" olduğu üçün son günlərdə də vəzifələrini yerinə yetirməkdə davam etdiyini izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443433371_0:0:2731:2048_1920x0_80_0_0_b7ed543d8100a900b78f83bbd5ef9a53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
boris conson, ukrayna, britaniya, böyük britaniya
boris conson, ukrayna, britaniya, böyük britaniya
Ukrayna Britaniyanın baş naziri Consonun simasında ən yaxşı dostunu itirib
"Politico" nəşri yazır ki, Boris Consonun istefası Kiyevdəki Britaniya müttəfiqlərini ruhdan salıb.
BAKI, 28 iyul — Sputnik. Ukrayna Böyük Britaniyanın Baş naziri Boris Consonun simasında özünün "ən yaxşı dostunu" itirib. Bu barədə "Politico" nəşri yazır.
Qeyd olunur ki, siyasətçinin istefa qərarı onun Kiyevdəki müttəfiqlərini ruhdan salıb. Buna görə də Ukrayna hakimiyyəti Londonun "Ukrayna ilə sıx dostluq əlaqələri" saxlaya bilməyəcəyindən ehtiyat edir.
Xüsusilə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Consonu heç kim əvəz edə bilməz. O, iki liderin (Volodimir Zelenski və Boris Conson) arasındakı "kimyanı" xüsusi vurğulayaraq, başqa bir liderlə beynəlxalq səviyyədə belə münasibətləri davam etdirməyin çətin ki, mümkün olacağını qeyd edib.
Xatırladaq ki, iyul ayında Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb. Bundan əlavə, o, Mühafizəkarlar Partiyasının lideri postunu tərk etməyi planlaşdırır. Conson Mühafizəkarlar Partiyasına səs verənlərə təşəkkür edib. O, "vəzifə borcu" olduğu üçün son günlərdə də vəzifələrini yerinə yetirməkdə davam etdiyini izah edib.