https://sputnik.az/20220728/sahibkarlar-qida-tehlukesizliyi-qeydiyyatindan-kecmek-ucun-onlayn-muraciet-ede-bilerler-444468788.html
Sahibkarlar qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün onlayn müraciət edə bilərlər
Sahibkarlar qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün onlayn müraciət edə bilərlər
Sputnik Azərbaycan
Qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb 28.07.2022, Sputnik Azərbaycan
2022-07-28T22:20+0400
2022-07-28T22:20+0400
2022-07-28T22:20+0400
qida
iqtisadiyyat
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_0:108:3145:1877_1920x0_80_0_0_497b83fa26000efdcfc8a6baeb4fb8a4.jpg
BAKI, 28 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müasir texnologiyaların və innovativ həllərin tətbiqi nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb.Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə getmədən, agentliyin rəsmi internet saytına (afsa.gov.az) daxil olaraq onlayn qeydiyyat üçün müraciət edə bilərlər.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir.Xidmətdən istifadə etməklə sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsilə ödəmək imkanı əldə edirlər.Daxil edilən məlumatlar agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırıldıqdan sonra subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edilir.Qərar müsbət olarsa, təsərrüfat obyektinin qeydiyyata alınmasını təsdiq edən "Qida sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri"ndən çıxarış sahibkarın "Şəxsi kabinet"inə göndərilir.Qeyd edək ki, həmin xidmətin elektronlaşdırılması sahibkarlıq subyektlərinin işinin xeyli asanlaşmasına, əlavə vaxt itkisinin aradan qalxmasına səbəb olur və onların müraciət hüquqlarını onlayn qaydada reallaşdırmağa şərait yaradır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_156:0:2887:2048_1920x0_80_0_0_c8fc1d0e7ff857be07fe448087a18b8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qida, qida təhlükəsizliyi agentliyi
qida, qida təhlükəsizliyi agentliyi
Sahibkarlar qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün onlayn müraciət edə bilərlər
Qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb
BAKI, 28 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müasir texnologiyaların və innovativ həllərin tətbiqi nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb.
Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə getmədən, agentliyin rəsmi internet saytına (afsa.gov.az) daxil olaraq onlayn qeydiyyat üçün müraciət edə bilərlər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir.
Xidmətdən istifadə etməklə sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsilə ödəmək imkanı əldə edirlər.
Daxil edilən məlumatlar agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırıldıqdan sonra subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edilir.
Qərar müsbət olarsa, təsərrüfat obyektinin qeydiyyata alınmasını təsdiq edən "Qida sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri"ndən çıxarış sahibkarın "Şəxsi kabinet"inə göndərilir.
Qeyd edək ki, həmin xidmətin elektronlaşdırılması sahibkarlıq subyektlərinin işinin xeyli asanlaşmasına, əlavə vaxt itkisinin aradan qalxmasına səbəb olur və onların müraciət hüquqlarını onlayn qaydada reallaşdırmağa şərait yaradır.