DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbin birtərəfli sanksiyaları BMT-nin xüsusi məruzəçisi tərəfindən tənqid edilib

© AP Photo / Mary AltafferBMT-nin binası, arxiv şəkli
BMT-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Yelena Dovqanın fikrincə, iqtisadi sanksiyalar işsizliyin artmasına, kölgə iqtisadiyyatına cəlb olunmaya, korrupsiyaya, cinsi istismara və cinayətə gətirib çıxarır.
BAKI, 28 iyul — Sputnik. Qərbin birtərəfli sanksiyaları ilk növbədə ən həssas təbəqələrə və müdafiəyə ehtiyacı olanlara ziyan vurur. BMT-nin birtərəfli məcburi tədbirlərin insan hüquqlarına mənfi təsiri üzrə xüsusi məruzəçisi Yelena Dovqanın bu sözləri "Global Times"da dərc edilib.
"Böyük təəssüf hissi ilə etiraf etməliyəm ki, birtərəfli məcburiyyət tədbirləri bu gün həmrəylik, universallıq, inkişaf və insan hüquqlarının qorunması üçün ən ciddi çağırışlardan biridir", - deyə Dovqan bildirib.
Bu günlərdə Yelena Dovqan Pekin İnsan haqları forumunda videobağlantı vasitəsilə çıxış edib. Xüsusi məruzəçi gündəlik olaraq yeni sanksiyaların ortaya çıxdığını qeyd edib. Onun sözlərinə görə, iqtisadi və ikinci dərəcəli sanksiyalar işsizliyin, korrupsiyanın, kölgə iqtisadiyyatına cəlb olunmanın, cinsi istismarın və cinayətin artmasına gətirib çıxarır.
Hər şeydən əvvəl isə sanksiyalar ən həssas və daha yaxşı müdafiəyə ehtiyacı olanlara: ən yoxsullara, qadınlara, ucqar ərazilərdə yaşayan insanlara, yerli əhaliyə, uşaqlar və xroniki və ağır xəstəliklərdən əziyyət çəkənlərə təsir göstərir.
"İnsan hüquqları yalnız əməkdaşlıq, dialoq, hüququn aliliyi, ayrı-seçkiliyin və ikili standartların qadağan edilməsi hər bir dövlət və hər bir beynəlxalq təşkilat tərəfindən beynəlxalq münasibətlərin əsası kimi tətbiq edildiyi halda qorunaraq əldə edilə bilər", - deyə o qeyd edib.
Birtərəfli sanksiyalara hələ də geniş yayılmış və asan istifadə olunan siyasi alət kimi baxmaq lazımdır. Lakin onlar qəbul olunana qədər dövlət onların legitimliyini və humanitar sahəyə təsirini qiymətləndirməlidir.
İyulun 26-da Pekin İnsan haqları forumu keçirilib. Burada, təxminən, 70-ə yaxın ölkədən və beynəlxalq təşkilatlardan 200-ə yaxın insan iştirak edib. Forumda insan hüquqlarına təsir edən məsələlər, o cümlədən COVID-19 pandemiyası, Ukrayna böhranı, eləcə də bütün dünyada böyük narahatlığa səbəb olan birtərəfli Qərb sanksiyaları müzakirə edilib.
Xəbər lenti
0