CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hovuz suyunu təmizləmək sahibkarların insafına qalıb? - Akvaparklardan uşaqlara təhlükə

Akvaparklar - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Epidemiologiya Mərkəzinin şöbə müdiri bildirib ki, akvaparklar, hovuzlar və su attraksionlarının yerləşdiyi məkanlar sahibkarlıq subyekti olduğundan, hər hansı şikayət olmazsa, həmin obyektlərdə yoxlama aparılmır.
BAKI, 28 iyul — Sputnik. İsti havada insanlar çimərliklərlə yanaşı akvaparklara da üz tuturlar. Akvaparkların əsas müştəriləri uşaqlar olsa da, çox vaxt çimərlik ərazilərində yerləşən istirahət mərkəzlərində hovuzların təmizliyinə ciddi diqqət yetirilmir.
© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
İstirahət mərkəzlərindən birinin hovuzu - Sputnik Azərbaycan, 1920, 27.07.2022
İstirahət mərkəzlərindən birinin hovuzu
Hovuzlarda təhlükə
Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hovuzu olan istirahət mərkəzlərinin əksəriyyəti gigiyenik tələblərə cavab vermir.
© Sputnik / Vitaly Ankov / Mediabanka keçidOftalmoloq
Врач-офтальмолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Oftalmoloq
Onun sözlərinə görə, akvaparklar uşaqlar üçün istirahət baxımından cəlbedici olsa da, onların səhhətinə ciddi zərbə vura bilər:

"Çimərliklərdə yerləşən akvaparklardan hər gün yüzlərlə insan istifadə edir. Ona görə də, hovuzların suyu qaydalara uyğun şəkildə təmizlənməlidir. Hovuzların təmizlənməsində müxtəlif dərmanlar tətbiq olunsa da, əksər sahibkarlar həmin dərmanları lazımi miqdarda istifadə etmirlər. Bu zaman hovuzun suyunda bağırsaq çöplərinin yayılmasına münbit şərait yaranır. Həmin su ağız vasitəsilə daxilə getdikdə uşaqlarda ishal, qusma, yüksək hərarətlə nəticələnən əlamətlər üzə çıxır. Buna görə də valideynlər uşaqlarını akvaparklara apardıqda çox diqqətli olmalıdırlar. Əgər uşaq üzə bilmirsə mütləq hovuzun suyunu udacaq. Bu da uşaqlarda bağırsaq infeksiyalarının yayılmasına gətirib çıxara bilər".

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
İstirahət mərkəzlərindən birinin hovuzu - Sputnik Azərbaycan, 1920, 27.07.2022
İstirahət mərkəzlərindən birinin hovuzu
Hovuz dənizdən təhlükəlidir
A.Musayev onu da bildirib ki, dənizlə müqayisədə uşaqlar üçün hovuzda istirahət daha təhlükəlidir:
"Çünki, dəniz suyu duzludur. Orada infeksiyalar çox yaşaya bilmir. Hovuz suyunu təmizləmək isə sahibkarın insafına qalıb".
İnstitut direktoru bildirir ki, hovuzların təmizlənməsində gigiyenik vasitələrdən həddindən artıq istifadə də hovuzda çimən uşaqlar üçün təhlükə yarada bilər. Onun sözlərinə görə, hovuzların təmizlənməsində istifadə edilən xlorlu birləşmələr çox güclü təsirə malikdirsə və miqdarından artıq vurulubsa, bu zaman uşaqlarda konyunktivitə səbəb ola bilər.
Akvaparklar yoxlanılmır
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, akvaparklar, hovuzlar və su attraksionlarının yerləşdiyi məkanlar sahibkarlıq subyekti olduğundan, hər hansı şikayət olmazsa, həmin obyektlərdə yoxlama aparılmır.
Şöbə müdirinin sözlərinə görə, dəniz kənarında yerləşən istirahət mərkəzlərinin hovuzlarında gigiyenik norma və tələblərin yoxlanılması üçün sahibkarlar özləri ərazi üzrə gigiyena və epidemiologiya mərkəzlərinə (GEM) müraciət etməlidirlər. Yalnız bu halda ərazi üzrə GEM hovuzların sanitar-gigiyenik durumunu yoxlaya bilər:

"Əvvəllər biz belə obyektləri planlı şəkildə yoxlayırdıq. Amma sahibkarlıq subyektlərində yoxlama dayandırıldıqdan sonra bu, ancaq sahibkarla bağlanan müqavilə əsasında baş tuta bilər".

Onun sözlərinə görə, sahibkarlar könüllü şəkildə hovuzların təmizliyinin yoxlanılması üçün ərazi üzrə GEM-lərlə müqavilə bağlaya bilərlər. Həmsöhbətimiz onu da deyir ki, bu zaman hovuz suyu kimyəvi-bakterioloji müayinədən keçirilir. Sudan nümunə götürülərək tərkibində xlorun miqdarı, mikroblara görə digər kimyəvi və bakterioloji müayinələr aparılır.
© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
İstirahət mərkəzlərindən birinin hovuzu - Sputnik Azərbaycan, 1920, 27.07.2022
İstirahət mərkəzlərindən birinin hovuzu
Gigiyenik tələblər var, amma...
Z.Kazımov qeyd edib ki, hovuzlarda istifadə edilən su mütləq şəkildə içməli su olmalıdır:
"Xlorator vasitəsilə hovuza xlorlu su vurulur. Bu zaman suyun tərkibindəki bakteriyalar məhv olur. Suda bakteriyalar, bağırsaq çöpləri olarsa, bu həmin hovuzda çimən insanda mədə-bağırsaq pozğunluğuna, gözlərdə qızartının, sulanmanın yaranmasına səbəb ola bilər. Hovuzlarda suya xlorun normadan artıq qatılmasına yol verilmir. Hovuz suyunda xlorun səviyyəsi, qüvvədə olan normalara görə, hər bir ton suya 0.3-0.5 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır. Bu miqdardan az və yaxud çox ola bilməz. Hovuz suyuna xlorun az, yaxud çox qatılması hovuzda çimən insanın orqanizmi üçün fəsad verə bilər. Bu zaman hovuzda çimən insanın gözlərinin qızarması kimi hallara rast gəlinə bilər".
Həkim qeyd edibr ki, hovuz suyunda "koli əmsalı" da 3-dən çox olmamalıdır:

"Əks halda, mədə-bağırsaq pozğunluğu meydana çıxa bilər. Uşaqların çimdiyi hovuzlarda isə bu normaya nəzarət olmaldır. Çünki uşaqlar çimərkən su daha çox ağızdan mədəyə keçir. Bu zaman hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də "koli əmsalı" normadan çox olarsa, mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxarda bilər".

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
İstirahət mərkəzlərindən birinin hovuzu - Sputnik Azərbaycan, 1920, 27.07.2022
İstirahət mərkəzlərindən birinin hovuzu
Məsələ ilə bağlı əlaqə saxladığımız akvaparklardan isə hovuzların təmizləndiyini bildirsələr də, bunu təsdiqləyən sənədi təqdim edə bilmədilər.
"Şıxov" çimərliyindəki akvaparkdan isə bildirdilər ki, belə sənədlər müdriyyətdə olur, yoxlama gələrsə təqdim edilir. "Novxanı" akvaparından da hozvuzun mütəmadi olaraq təmizləndiyini bildirdilər.
Bakıda çimərlikdə uşaqlar - Sputnik Azərbaycan, 1920, 27.07.2022
CƏMİYYƏT
FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
Xəbər lenti
0