https://sputnik.az/20220728/herbi-liseylere-qebul-imtahani-kecirilecek-444443920.html
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Sputnik Azərbaycan
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. 28.07.2022, Sputnik Azərbaycan
2022-07-28T10:16+0400
2022-07-28T10:16+0400
2022-07-28T10:21+0400
lisey
təhsil
dim
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443360779_0:103:2000:1228_1920x0_80_0_0_ed9e455e36859f48f6ca22b330c03175.jpg
BAKI, 28 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq.İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur.İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və 2 saat davam edəcək.İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:şəxsiyyəti təsdiq edən sənədin əslini;"İmtahana buraxılış vərəqəsi"ni.Qeyd edək ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443360779_114:0:1887:1330_1920x0_80_0_0_09d6206f2da409b7ae2980310ff0edfd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
lisey, dim
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
10:16 28.07.2022 (Yenilənib: 10:21 28.07.2022) İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
BAKI, 28 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq.
İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur.
İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və 2 saat davam edəcək.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əslini;
"İmtahana buraxılış vərəqəsi"ni.
Qeyd edək ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.